Putin oyunu tərk edir - Britaniya

Putin oyunu tərk edir - Britaniya "Putin Suriyada geriyə strateji addım atıb. Bu, Rusiya ümid bəsləyənlər üçün bir siqnal olmalıdır".

Bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib.

Britaniyalı nazirin sözlərinə görə, ruslar Ukraynada müharibəni bir həftəyə bitirəcəklərini düşünürdülər, amma min gündən artıqdır buradadırlar.

O əlavə edib ki, Rusiyanın Suriyadan geri çəkilməsi hər bir ölkə üçün siqnal olmalıdır.

"Rusiyaya özünün bir növ qarantı, strateji və təhlükəsizlik müttəfiqi kimi baxan istənilən ölkə bilməlidir ki, risklər böyük olanda Putin sadəcə olaraq oyunu tərk edir”, - Britaniyalı nazir qeyd edib.

Oxşar xəbərlər