Dəməşqin yaxınlığında yerləşən Əbu-əl-Atə dağı ətrafında döyüşçülər tərəfindən mühüm strateji əhəmiyyət kəsb edən yeraltı tikililər aşkarlanıb.
Musavat.com xəbər verir ki, aşkarlanan bazanın görüntüləri telegram kanallarında yayımlanıb.
Araşdırmalar zamanı məlum olub ki, bu qurğular Sovet istehsalı olan və "Skad" adı ilə tanınan 9K72 "Elbrus" operativ-taktik raket komplekslərinin saxlanılması və gizlədilməsi məqsədilə inşa edilib.
Qeyd etmək lazımdır ki, bu tip yeraltı tikililər əsasən hərbi əməliyyatlar zamanı raket sistemlərinin təhlükəsizliyini təmin etmək, onların düşmən tərəfindən aşkarlanmasının qarşısını almaq və qısa müddətdə döyüş vəziyyətinə gətirilməsi üçün istifadə olunur.
"Elbrus" raket kompleksi 1960-cı illərdə Sovet İttifaqında istehsal edilib və əsasən uzaqmənzilli hücumlar üçün nəzərdə tutulub.