İlon Mask Trampa xərclədiyi pulun 546 qatını qazandı

İlon Mask Trampa xərclədiyi pulun 546 qatını qazandı Trampın seçki kampaniyasına 130 milyon dollar xərcləyən İlon Mask seçkidən sonra xərclədiyi pulun 546 qatını qazanıb.

Maskın sərvəti son bir həftədə inanılmaz dərəcədə artıb.

Onun seçkidən sonrakı həftədə sərvəti 71 milyard dollar artaraq ümumi sərvətinin həcmi 335 milyard dollara yüksəlib.

Qeyd edək ki, "Bloomberg Billionaires Index"in məlumatlarına görə, Maskın ümumi sərvəti seçki günü 5 noyabr tarixinə 264 milyard dollar civarında olub. Lakin seçkidən sonra sərvətinə sərvət qatmaqla Trampı dəstəkləməsinin bəhrəsini görməkdədir.

Oxşar xəbərlər