Pirallahı rayonunda “27 sentyabr-Anım günü”nə və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş rəsmi anım tədbiri keçirilmişdir

Pirallahı rayonunda “27 sentyabr-Anım günü”nə və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş rəsmi anım tədbiri keçirilmişdir Tam səmimiyyətlə demək istəyirik ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Vasif İmanovun barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan icra başçısıdır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Vasif İmanovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

27 sentyabr 2024-cü il tarixdə Pirallahı rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “27 sentyabr-Anım Günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamının icrası və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi məqsədilə silsilə tədbirlər keçirilmişdir. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, rayonun hüquq-mühafizə orqanlarının və rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərlərinin, şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının iştirakı ilə keçirilən tədbirlər ümumilikdə bir neçə hissədən ibarət olmuşdur.
İlk növbədə səhər saatlarında təhsil və mədəniyyət müəssisələrində RİH başçısı Aparatının məsul əməkdaşlarının iştirakı ilə tədbirlər keçirilmişdir.
Daha sonra Fəxri Xiyabanda və rayon ərazisində yerləşən Gürgən qəsəbə qəbiristanlığında şəhid məzarları ziyarət edilmiş, şəhidlərin ruhuna dualar oxunmuş, məzarları üzərinə gül dəstələri düzülmüşdür.
Tədbirlərin davamında, RİH başçısı tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq “Regional İnkişaf” İctimai Birliyi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı qəsəbəsinin girişindəki körpünün yaxınlığında ağacəkmə aksiyası təşkil edilmiş və şəhidlərimizin əziz xatirəsinə 200 ədəd müxtəlif növ ağac və gül kolları əkilmişdir. Ağacəkmə aksiyası başa çatdıqdan sonra RİH başçısı və qonaqlar Vətən uğrunda abidə kompleksinin qarşısına gəlmiş və burada ümumrayon tədbiri açıq elan olunmuşdur. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin orkestrinin ifasında dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Pirallahı şəhidlərinin şəkillərinin əks olunduğu abidə kompleksinin qarşısına gül dəstələrinin qoyulması ilə davam etmişdir. Daha sonra, rayon ərazisində fəaliyyət göstərən “4 №li Uşaq-gənclər İnkişaf Mərkəzi” PHŞ-nin yetirmələri musiqi nömrələri və şeirlərlə tədbirdə çıxış etmişlər.
Keçirilən tədbirlərin davamı olaraq RİH başçısı Vasif İmanov, millət vəkili Günay Əfəndiyeva və RİH başçısı Aparatının məsul əməkdaşlarının iştirakı ilə şəhid ailələri və müharibə əlilləri ziyarət edilmiş, onlara sovqatlar təqdim edilmişdir. Ziyarət edilən şəhid ailələri dövlət başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.
“27 Sentyabr-Anım günü”nə həsr olunan tədbirlərin yekununda RİH başçısının və rayon ictimaiyyətinin Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət etməsi nəzərdə tutulmuşdur.

Oxşar xəbərlər