Dünən faciəvi şəkildə ölən hərbçinin - Fotosu

Dünən faciəvi şəkildə ölən hərbçinin - Fotosu Xəbər verdiyimiz kimi, sentyabrın 22-si Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.

Xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində güllə xəsarəti alan hərbçi xəstəxanaya çatdırılsa da, göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Əslən Ağdam rayonundan olan O.Ağayevin atası Azər Ağayev Birinci Qarabağ müharibəsi veteranıdır və Mingəçevirdə yerləşən Ağdam rayon 51 saylı orta məktəbin hərbi rəhbəridir.

Vəfat edən 23 yaşlı leytenantın fotosunu təqdim edirik:

Dünən faciəvi şəkildə ölən hərbçinin - Fotosu

Oxşar xəbərlər