Avtobus velosipedlə yolu keçən uşağı vurub öldürdü

Avtobus velosipedlə yolu keçən uşağı vurub öldürdü Paytaxtın Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 18:50 radələrində Lökbatan qəsəbəsində marşrut xətti üzrə hərəkət edən “İsuzu NP 37” markalı avtobus velosipedlə yolu keçən 2016-cı il təvəllüdü Quliyev Nicat Arif oğlunu vurub. Ağır xəsarət alan azyaşlı vəfat edib.

Avtobusun sürücüsü, 1993-cü il təvəllüdlü Asdan Hüseynov barəsində Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar xəbərlər