Trampdan sui-qəsd cəhdinə reaksiya: “Təslim olmayacağam, məni dayandıra bilməzlər”

Trampdan sui-qəsd cəhdinə reaksiya: “Təslim olmayacağam, məni dayandıra bilməzlər” ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp qolf klubunun yaxınlığında baş verən atışmaya münasibət bildirib.

CNN Trampın atılşma ilə bağlı bəyanatını yayıb.
"Yaxınlığımda silah səsləri eşidildi. Şayiələrlə bağlı ilk olaraq deyim ki, mən təhlükəsizyimlə bağlı problem yoxdur və sağlamam! Heç nə məni dayandıra bilməz. Mən heç vaxt təslim olmayacağam”, - bəyanatda deyilir.

"Associated Press"-in məlumatına görə , sui-qəsd cəhdində şübhəli bilinərək saxlanılan 65 yaşlı Rayan Uesli Root saxlanılıb. Saxlanılan şəxs Rusiyanın işğalından sonra sosial şəbəkələrdə Ukraynaya dəstək ifadə edib.
"Facebook"-da o, Əfqanıstandan olan əsgərləri Ukrayna uğrunda döyüşməyə təşviq edib. Özünü isə Ukrayna hakimiyyətinin “qeyri-rəsmi əlaqəçisi” adlandırıb.

Oxşar xəbərlər