Ziyəddin Quliyev dövlətimizə, xalqımıza şərəfli xidmət edir

Ziyəddin Quliyev dövlətimizə, xalqımıza şərəfli xidmət edir Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyevdir.

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Ziyəddin Quliyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Ziyəddin Quliyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Ziyəddin Quliyev - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Ziyəddin Quliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Ziyəddin Quliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Vətənpərvər ziyalımız Ziyəddin Quliyev Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Ziyəddin Quliyevdə məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Ona etibar edilən bütün işlərdə Ziyəddin Quliyev özünü doğruldub. Bizdə hörmətli Ziyəddin Quliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

“Azərenerji” ASC-də “Korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Ziyəddin Quliyev dövlətimizə, xalqımıza şərəfli xidmət edir


“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə “AzərEnerji” ASC-də geniştərkibli tədbir keçirilib.

Tədbirdə “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni və “Azərenerji” ASC-nin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən “Azərenerji” ASC-nin Nəzarət İdarəsinin rəisi Səməd İslamov və Hüquq şöbəsinin hüquq-məsləhətçici Cəbrayıl Əhmədov Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planından irəli gələn vəzifələrin icrasından, “AzərEnerji” ASC-də idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, işə qəbul prosedurlarında şəffaflığın təmin olunmasından, ASC-nin fəaliyyətinin beynəlxalq standartlar əsasında formalaşdırılmasından, o cümlədən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətindən danışıblar.

Tədbirdə iştirak edən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Dövlət Başçısının siyasi iradəsinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, bu sahədə atılan müsbət addımlar, cəmiyyətdə şəffaflığın qorunmasına yönəlik və əldə olunan nəaliyyətlər, eləcə də bu sahədə dövlət təşkilatları qarşısında duran vəzifələr və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın gücləndirilməsində bəhs edib.

Daha sonra “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi”nin rəhbəri Rauf Zeyni tərəfindən vizual vasitələrlə Mərkəzin həyata keçirdiyi layihələrdən danışıb, QHT-lər tərəfindən korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirləri və ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi mövzularına toxunaraq çıxış edib.

Sonda QHT nümayəndələri “Azərenerji” ASC-nin Tədris, Laboratoriya və Energetiklərin mədəniyyət mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub, əməkdaşlara birbaşa iş başında məlumatlandırıcı və marifləndirici fikirlər aşılayıblar.


Ziyəddin Quliyev dövlətimizə, xalqımıza şərəfli xidmət edir
Ziyəddin Quliyev dövlətimizə, xalqımıza şərəfli xidmət edir
Ziyəddin Quliyev dövlətimizə, xalqımıza şərəfli xidmət edir
Ziyəddin Quliyev dövlətimizə, xalqımıza şərəfli xidmət edir
Ziyəddin Quliyev dövlətimizə, xalqımıza şərəfli xidmət edir

Oxşar xəbərlər