ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! Şər və Böhtan yazanlara tutarlı cavab

ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! Şər və Böhtan yazanlara tutarlı cavab Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Maliyyə Nazirliyinin əməkdaşı Cavanşir Yusifov Qərb bölgəsini NECƏ QARIŞDIRIR?...Maliyyə Nazirliyində kadr müəmması – Cavanşir Yusifovun 70 illik DOSYESİ başlıqlı azı yazaraq gözdən salmağa çalışırlar. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Qanuninfo.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

İngiltərənin Oksford şəhərində “Avropa Siyasi Birliyi”nin IV Zirvə toplantısı öz işinə başlayıb. Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə sammitdə iştirak edir. Məlumdur ki, “Avropa Siyasi Birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Qurumun məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir”..

Bu sözləri Qanuninfo.az verdiyi açıqlamasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifov deyib.

Dövlət başçımız bundan əvvəl də “Avropa Siyasi Birliyi”nin Çexiya və Moldovada keçirilən Zirvə toplantılarında iştirak edib ki, bu da Azərbaycanın Avropada mövqelərinin getdikcə daha da möhkəmlənməsinin və cənab Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzunun daha bir göstəricisidir. “Təşkilatın Oksford Sammiti çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda Dəyirmi masada iştirak edən dövlət başçımız tədbirdə etdiyi çıxışında Avropa ictimaiyyətini düşündürən bir çox məsələlər barədə önəmli açıqlamalar verib. Cənab Prezident xatırladıb ki, enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Ölkəmiz bu hədəfə doğru irəliləyir və bu il Avropa qitəsinə bizim qaz təchizatımız 13 milyard kubmetrə yaxın olacaq.”

Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi imkanları ölkənin milli maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir: “Bu gün Azərbaycandan səkkiz ölkə, o cümlədən Avropa İttifaqının beş üzvü - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya, eləcə də üzvlüyə iki namizəd ölkə - Gürcüstan və Serbiya təbii qaz alır. Yaxın perspektivdə ölkəmizin Sloveniya bazarına da daxil olacağı gözlənilir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Avropa interkonnektor layihələri icra olunduqca, Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar yaranacaq. Azərbaycan öz hədəflərinə çatmaq üçün yeni tərəfdaşlarla, əsasən, Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməli və mövcud bazarlara qaz təchizatının artırılması üzərində çalışmalıdır. Dövlət başçımızın çıxışında bu da qeyd olundu ki, ölkəmiz 20 il ərzində tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdi və qonşu dövlətlərlə birlikdə onu istismara verdi. İndi Azərbaycan Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftini müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 faizindən də çoxunu təşkil edir. Bu beynəlxalq layihələr, ilk növbədə, Azərbaycanın milli maraqlarına xidmət edir”.

Oxşar xəbərlər