![Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin Azərbaycana səfəri başlayıb](https://olke.az/photo/770x415/2024/07/05/1720126754_24a8aa4b-d4fa-39b1-80c5-24117387ada3_850.jpeg)
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edək ki, o, iyulun 5-6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.
Sammitdən sonra Qarabağ Bəyannaməsinin, eləcə də bir sıra digər mühüm sənədlərin imzalanması gözlənilir. Sammitdən əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.