Ülvi Quliyev: Milli maraqlara və gələcək inkişafa hədəflənən təşəbbüs

Ülvi Quliyev: Milli maraqlara və gələcək inkişafa hədəflənən təşəbbüs Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır

Söhbət açacağım insan istər vətənpərvərlik missiyası olsun, istərsə də xeyriyyəçilik, hər iki möfhümü özündə ehtiva edən insandan, əsl vətəndaşdan, hər zaman elinin, obasının təssübünü çəkən Xeyriyyəçi insan, vətənpərvər ziyalı Gənclər və idman komitəsinin sədri, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev digər insanlardan xarakteri ilə fərqlənir...

İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən vətənpərvər insan Ülvi Quliyev özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və paytaxtda yüksək reytinqə malikdir.

Gənclər və idman komitəsinin sədri, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.

Ülvi Quliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Ülvi Quliyev - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Vətənpərvər ziyalımız Ülvi Quliyev Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Ülvi Quliyevdə məhz bu amalda olan insanlardandır.

Son illərdə Azərbaycanda xeyriyyəçilik institutu intensiv şəkildə dirçəlməyə, fəal inkişaf etməyə başlamışdır. Bu isə xeyli dərəcədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının çox böyük səyləri və şəxsi təşəbbüskarlığı sayəsində mümkün olur. Prezident bu sahədə çoxcəhətli və yorulmaz fəaliyyəti yaxşı məlumdur və təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks-səda doğurmuşdur. Ölkə xaricində vətənpərvər oğullarla bərabər ölkə daxilində də öz xeyriyyəçi əməlləri ilə sadə, aztəminatlı ailələri sevindirə bilmişlər, məhz Ülvi Quliyev də bu insanlardandır. “Od öz kökü üstə bitər” deyirlər – bəli bu elədir. Araşdırmaçı jurnalist olaraq mən bunu təsdiq edirəm ki, Ülvi Quliyev ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək kimi keyfiyyətləri mövcuddur.

Belə olan halda, xeyriyyəçilik, təbii ki, əxlaqi baxımdan bütün cəmiyyət tərəfindən bəyənilir, müxtəlif sosial, siyasi və iqtisadi qruplar tərəfindən mənəvi dəstək obyektinə çevrilir. Mən Ülvi Quliyevin xeyriyyəçiliyin xüsusi “müdrikliyini”, onun cəmiyyət üçün əhəmiyyəti və dəyərini məhz bunda görürəm.

Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Ülvi Quliyevin böyük genetik irsin varisidir.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Ülvi Quliyev olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Gənclər və idman komitəsinin sədri, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev - Yeni Azərbaycan Partiyası tərəfindən növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı irəli sürülən təşəbbüs sözün əsil mənasında ölkəmizdə yaranmış yeni tarixi reallıqlara uyğun olaraq gələcək inkişafımıza xidmət edən növbəti bir addımdır. Bu bir danılmaz faktdır ki, tarixi inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanın tələbi və yeni reallıqlardan doğan zərurətdir.

Belə ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş və Müzəffər Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası həyatın bütün sahələrini əhatə etməklə yanaşı eyni zamanda bütün istiqamətlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına hədəflənmişdir. Nəhayət qarşıya qoyulan mühüm hədəflərə doğru atılan qətiyyətli adddımlar nəticəsində Azərbaycanın iradəsi ilə Cənubi Qafqazda tam yeni geosiyasi konfiqurasiya yarandı, ölkəmizin obrazı yeniləndi və ərazi bütövlüyümüz, suverenliyimiz təmin olundu, 44 günlük Vətən Müharibəsi və ardınca bir günlük antiterror tədbirləri nəticəsində Qarabağda separatizm yuvasının tam dağıdılması ilə dünyaya dövlət və millət olaraq gücümüzü göstərmiş olduq. Bunun nəticəsi kimi bu gün bayrağımız ölkəmizin bütün ərazisində qürurla dalğalanır. Bütün bu möhtəşəm tarixi hadisədən sonra ölkədə yaranmış yeni ictimai-siyasi vəziyyət bir sıra mühüm proseslərin reallaşdırılmasına imkan verdi. İlk dəfə olaraq ölkənin bütün ərazisində növbədənkənar prezident seçkiləri-Zəfər seçkiləri keçirildi. Otuz ildən sonra işğal altında olan ərazilərdə seçicilər səsvermədə iştirak edərək, vətəndaşlıq borclarını yerinə yetirdilər. İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. Azərbaycan parlament seçkilərinin keçirilməsinə hazırlaşır. Öncə onu demək lazımdır ki, bu, müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkisi kimi tarixə düşəcək, vətəndaşlarımız artıq məcburi köçkün kimi deyil, yerli sakin kimi öz ata-baba torpaqlarında səs verəcəklər. İlk dəfə olaraq parlament seçkilərinin işğaldan azad edilmiş ərazilərdə də keçirilməsi ölkə bütövlüyünün qanunvericilik müstəvisində də təsdiqinin bir daha bariz nümünəsi olmaqla yanaşı, xalqımızın sürətlə inkişaf edən demokratik Azərbaycan naminə səsvermə prosesinə güclü dəstək verdiyini bütün dünyaya nümayiş etdirəcək.

Konstitusiyamıza görə parlament seçkiləri bu ilin noyabr ayının ilk həftəsində keçirilməli idi. Məhz, Yeni Azərbaycan Partiyasının parlament seçkilərinin növbədənkənar olmaqla vaxtının önə çəkilməsi təşəbbüsünü irəli sürməsi gələcəyimiz üçün daha vacib, daha əhəmiyyətli məqsədlərə çatmağa hədəflənmişdir.

Parlament seçkilərinin növbədənkənar keçirilməsini şərtləndirən mühüm amillərdən biri də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-un keçirilməsinin noyabr ayına təsadüf etməsidir. İstər Azərbaycanın, istərsə də Cənubi Qafqaz regionunun ictimai-siyasi həyatında strateji əhəmiyyətə malik belə mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən etimadın və böyük hörmətin göstərisidir. Digər tərəfdən ölkəmizin üzərinə böyük məsuliyyət də düşür. 80 minə yaxın əcnəbi qonağın Azərbaycana təşrif buyuracağı və qlobal əhəmiyyətli qərarların qəbul olunacağı COP29-un yüksək səviyyədə keçirilməsi zəruriyyətini ortaya qoyur. Əlbəttə, Azərbaycan bir sıra qlobal səviyyəli tədbirləri uğurla həyata keçirməsi ilə tanınır və böyük təcrübəyə malikdir. Bununla belə, mühum əhəmiyyət daşıyan parlament seçkilərinin və qlobal xarakterli tədbirin eyni vaxtda keçirilməsi məqdəuyğun olmazdı. Eyni zamanda, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası da noyabr ayında Azərbaycanda keçiriləcəyi nəzərə tutulur. Təbii ki, belə mötəbər tədbirlərin Bakıda keçirilməsi bütün dünyanın diqqətini Azərbaycana yönəldəcək və paytaxtımız minlərlə qonağı qəbul edəcək. Böyük təbliğat platformalarına çevriləcək bu tədbirlərin Bakıda keçirilməsi sözsüz ki, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına və postmüharibə reallıqlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına şərait yaradacaq. Bütün bunlar daha yaxşı hazırlıq tələb edir və hazırlığın digər ictimai-siyasi proseslərlə paralel aparılmamasını şərtləndirir.

Sözsüz ki, milli maraqlarımıza və ölkəmizin gələcək inkişafına xidmət edən Yeni Azərbaycan Partiyasının Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə bağlı təşəbbüsünün bütün millət vəkilləri tərəfindən dəstəklənməsi də milli həmrəyliyimizdən xəbər verir, xalqımızın daha xöşbəxt gələcəyinə və Azərbaycanın gücünün, qüdrətinin daha yüksələcəyinə əminlik yaradır.

Oxşar xəbərlər