Prezident seçildikdən cəmi iki il sonra 2020-ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı

Prezident seçildikdən cəmi iki il sonra 2020-ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı
Azərbaycan Prezidentinin sərəncamına əsasən, növbədənkənar prezident seçkiləri gələn ilin fevralında keçiriləcək. Ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verildi. Qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialı vahid məqsəd uğrunda səfərbər olundu.
Prezident seçildikdən cəmi iki il sonra 2020-ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Bu ilin sentyabrın 20-də həyata keçirilən lokal antiterror tədbirləri ilə ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edildi. Bu reallıq ölkəmizlə yanaşı regionda da özünü açıq şəkildə göstərir. Məhz bu kontekstdə 2024-cü ilin növbədənkənar prezident seçkiləri yeni reallığın təzahürü kimi özünü təsdiq edəcək. Eyni zamanda müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu baxımdan gələn il baş tutacaq seçkilər ərazi bütövlüyü və suverenliyimizin təsbitidir. Qlobal sarsıntılar və təhlükələr dövründə prezident seçkilərinin 7 fevral 2024-cü ilə təyin edilməsi Vətən müharibəsində Azərbaycana məğlub olan qüvvələrin xarici müdaxilə və planlarından ölkəmizi qorumaq üçündür. Seçkilərin vaxtının irəli çəkilməsi 3-cü dövlətlərin planlarının pozulması və erməni təxribatlarına cavab olaraq 27 sentyabrda verilən qərarla eyni mənaya malikdir. Bəllidir ki, prezident İlham Əliyevin siyasi nüfuzu nəinki ölkə daxilində, yaxud islam-türk coğrafiyasında, eləcə də dünya liderləri arasında ən güclü dövrünü yaşayır və 44 gündə prezidentin çağırışına verilən milyonlarla səs əsil ümumxalq referendumu idi. Yəni, müqəddəs müharibədə qazanılan qələbə azad, ədalətli, demokratik, legitim seçki hadisəsiydi. Zəfər seçkilərinin hansı tarixdə keçirilməsi, prezident İlham Əliyevə veriləcək milyonlarla səsi dəyişmir. Müstəqillik tarixində Ulu öndər Heydər Əliyevin 1993-cü ildəki mütləq qələbəsi kimi, Vətən müharibəsindən sonra prezidentin kimliyi və seçkilərin nəticələri təqvimin ilindən və günlərindən asılı deyil. 7 fevral “Böyük Qayıdış”ın təminatçısı, millətimizin silahsız, dinc səsi ilə düşmənə qalib gələcəyi gündür: Zəfər seçkilərini hakimiyyətin ömrünü saxta yolla uzatmaq adlandıranlar uzun illər siyasətdə olan, torpaqların itirilməsində məsuliyyət daşıyan və Qarabağ Zəfəri ilə birdəfəlik prezidentliyə gedən yolları bağlanan şəxslərdir. Ərazisi və suverenliyi bütöv ölkənin prezident seçkiləri də halal və müqəddəs olmalıdır. Zəfər seçkiləri 2019-cu ildəki kimi hakimiyyətin bütün qollarında aparılan kadr və struktur dəyişiklikərinin, gələcəkdə parlament, məhkəmə və bələdiyyə institutlarının da xalqın səsi ilə formalaşmasının əsas təminatçısıdır.

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov




Oxşar xəbərlər