
Türkiyənin Ekol TV futbol kanalında oyunla bağlı müzakirələr zamanı İctimai televiziyanın şərhçisi Tural Dadaşovun həmin epizodu "İlahi müdaxilə" adlandırmasından söz açılıb.
"Ekol futbol"un aparıcısı Onur Yıldız T.Dadaşovun ünvanına təriflər yağdırıb:
"Azərbaycanlı həmkarımızın şərhini indi mənə dinlətdilər. Sizlərə də tövsiyə edirəm. Bilirsiniz nə deyib? "İlahi müdaxilə". Möhtəşəmdir".
Daha sonra T.Dadaşovun həmin şərhi 2 dəfə ardıcıl efirə verilib.
O.Yıldız "Vallah, halal olsun" sözlərini söləyib. Studiyadakılar azərbaycanlı şərhçini alqışlayıblar.
Qeyd edək ki, AÇ-2024-ün 1/8 finalı çərçivəsində baş tutan Avstriya-Türkiyə matçında qapıçı M.Günok 90+4-cü dəqiqədə rəqibin hesabı bərabərləşdirməsinə fürsət yaratmayıb. Qapıçı bununla da komandasının 1/4 finala çıxmasında böyük rol oynayıb.
Onun bu müdaxiləsi oyunun taleyini həll edib. Türkiyə yığması oyundan 2:1 qalib ayrılıb.