Azərbaycanda minaya düşən gənc magistraturaya qəbul oldu - FOTO

Azərbaycanda minaya düşən gənc magistraturaya qəbul oldu - FOTO Azərbaycanda minaya düşərək ayağı amputasiya olunan gənc magistraturaya qəbul olub.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

H.Əlizadənin 65 balla Xəzər Universitetinə qəbul olduğu bildirilir.

Qeyd edək ki, H.Əlizadə 2022-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirib. O, Varşava Dövlət Universitetinə tam təqaüdlə qəbul olsa da, təhsilini davam etdirə bilməmişdi.
Tərtər rayonunun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu bu il fevralın 4-də həmin rayonun Qızıloba kəndi ərazisində heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb.

Hadisə nəticəsində onun sol ayağı amputasiya edilib.

Azərbaycanda minaya düşən gənc magistraturaya qəbul oldu - FOTO

Oxşar xəbərlər