Azərbaycan Xalq Cümhuriyyətinin ən əsas məqsədlərindən biri Bakının azad olunması idi

Azərbaycan Xalq Cümhuriyyətinin ən əsas məqsədlərindən biri Bakının azad olunması idi Azərbaycan tarixinin Cümhuriyyət dönəmi deyərdim ki, özünün milli ideoloji kimliyini tanıtması baxımından ən önəmli dövrdür. 1918-ci il 28 May tarixində yaranan mürəkkəb siyasi vəziyyətdə Azərbaycanın öndə gedən ziyalıları çox önəmli bir qərar aldılar və öz müstəqilliklərini elan etdilər. Bu illərlə əsarətdə olan lakin qədim dövlətçilik ənənələrinə malik xalqın əsarətdən qurtulmasının ilk addımı, sonrakı müstəqilliyimizin əsas təminatçısı oldu. Belə ki, inkar olunmaz və danılmaz faktdır ki, Cümhuriyyəti quranlarda çox gümanki Rusiyanın buna uzun müddət rəvac verməyəcəyinə əmin idilər, lakin onlar yaxşı anlayırdılar ki, dünyada Azərbaycan kimliyinin tanınması üçün bu ən əlverişli dövrdür. Qəbul edilən İstiqlaliyyət bəyannaməsi ilə dünyaya azad, demokratik kimliyi barədə bəyanat verən Azərbaycan xalqının öz müqəddəratını həll etməyə qadir xalq olduğunu bir daha təstiq etdi. Cəmi 23 ay yaşmasına baxmayaraq Cümhuriyyət bir çox ilklərə imza atdı, dövlət quruculuğu sahəsində önəmli addımlar atıldı, Azərbaycanın müstəqilliyinin tanınması məqsədi ilə dünya dövlətlərinə müraciətlər ünvanlandı, beynəlxalq konfranslara nümayəndələr göndərildi.
Azərbaycan Xalq Cümhuriyyətinin ən əsas məqsədlərindən biri Bakının azad olunması idi. Bu yolda Azərbaycanın ən yaxın dəstəkçisi qardaş türk xalqı oldu. Nuru paşanın başçılığı ilə yardıma gələn qoşunun timsalında Qafqaz İslam ordusu təşkil olundu. Həmin ordu Bakını azad etdi və təntənəli şəkildə Bakı küçələrindən keçdi. 10 dekabr 2020-ci ildə Bakıya gələn və Zəfər paradında iştirak edən türk qoşun hissələri tarixin təkrarlanan ən gözəl hadisələrindən idi. Cümhuriyyətin ən əsas məqsədlərindən olan güclü ordu yaradılması üçün önəmli addımlar atıldı və müstəqil ordu qurulmasına nail olundu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı və bu yolda ciddi naliyyətlər əldə etdi. İstər dövlət, istər mədəni, istər ordu, istərsə də digər sahələrdə atılan addımlar qısa nüddətdə əldə edilən böyük uğurlar idi. Aparılan xarici siyasət nəticəsində de-fakto tanınmaya nail olaraq dünya arenasında faktiki kimliyini təstiq edən Azərbaycan Xalq Cümhuriyyəti bundan sonra bir çox ölkələrlə siyasi əlaqələrə nail olmuşdu. Təssüflər olsun ki, tezliklə sovet qoşunları Bakını ələ keçirərək müstəqilliyimizə son qoydu və 71 illik yeni bir əsarət başladı, lakin Cümhuriyyətin qurucularından olan Məhəmmədənin Rəsulzadənin dediyi kimi “ Həyatın xoşbəxtliyi azadlıqdadır, bu azadlıq bayrağı daim başımız üzərində dalğalanacaqdır. Bir kərə yüksələn bayraq bir daha enməz...” Bəli həyatın xoşbəxtliyini bir kərə dadan xalq 90-cı illərdə yaranan mürəkkəb siyasi vəziyyətdə, müstəqilliyin tək seçim olduğunu bir daha təstiq etdi. 1991-ci il 18 oktyabr tarixində müstəqilliyimiz bərpa olundu. Bu gün Azərbaycan müstəqil, demokratik, suveren ölkə kimi dünyada tanınır. Bu yolda canından keçən, bu amal üçün qurbanlar verən hər bir insanımızın ruhu önündə baş əyirik. Əldə etdiyimiz müstəqilliyimizin əbədi olması üçün hər birimiz çalışmalıyıq, unutmamalıyıq ki, parlayan həqiqətin işığını əbədi etmək bizim əlimizdədir.
“Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” Ulu öndər Heydər Əliyevə məxsus olan bu fikir isə tamamilə böyük həqiqəti əks etdirir. Belə ki, müstəqilliyimizi əldə etdikdən keçən ilk illərdə baş verən hadisələr ölkənin suverenliyi üçün ciddi təhlükə yaratmışdı, bir çox qüvvələr hakimiyyət sevdasına düşərək xalqın maraqlarını unutmuşdu. Məhz belə bir zamanda hakimiyyətə gələn Heydər Əliyev bu müstəqilliyin əsil memarına, sonradan isə əsas qoruyucusuna çevrildi. Hakimiyyəti dönəmində Azərbaycan Respublikasını dünyaya tanıtmaq onun hüquqlarının tanınması istiqamətində əlindən gələni edən ulu öndər müstəqil Respublikanın qorunması vəzifəsini özündən sonra cənab İlham Əliyevə vəsiyyət etmişdir. Mən İlham Əliyevə özüm kimi inanıram deyən Heydər Əliyev yanılmamışdı. Hakimiyyəti dönəmində İlham Əliyev də Azərbaycan Respublikasının dövlətçilik ənənələrinə sadiq qalmış, bu yolda böyük naliyyətlərə imza atmışdır. 2020-ci ildə qazanılan qələbə isə dövlətçiliymizinən ən böyük uğurudur. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Hər bir Azərbaycan vətəndaşı əbədi, dönməz, sarsılmaz müstəqilliyimizin qorunması istiqamətində əlindən gələni hər zaman etməlidir. Yaşasın güclü, müstəqil Azərbaycan!.

Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
tarix müəllimi Xəyalə Əsgərli


Oxşar xəbərlər