Cavanşir Yusifov: Bütün uğurlarımızın memarı sözsüz ki, bizim əziz prezidentimizdir

Cavanşir Yusifov: Bütün uğurlarımızın memarı sözsüz ki, bizim əziz prezidentimizdir İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Cavanşir Yusifovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifovdur.

Unutmaq olmaz ki, Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifov fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifovun qürurlu adı ilə öyünür, onunla iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdıgı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan Cavanşir Yusifovun adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz Cavanşir Yusifovun kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda Cavanşir Yusifov bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə və s. müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir. Belə bir səbəbdəndir ki, Cavanşir Yusifov bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir.

Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Cavanşir Yusifov bu işin müqəddəsliyini qoruyub saxlayır. Cavanşir Yusifov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Cavanşir Yusifov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Cavanşir Yusifovu heç vaxt əqidəsindən döndərə bilməz.

Cavanşir Yusifov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Cavanşir Yusifov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Cavanşir Yusifov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Cavanşir Yusifovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Cavanşir Yusifov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Cavanşir Yusifov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Maliyyə Nazirliyinin Aparat rəhbəri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Cavanşir Yusifov özünü doğruldub. Bizdə hörmətli Cavanşir Yusifovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifov - 90-cı illərin əvvəllərindən başlayaraq Azərbaycanda yaranmış xaos və özbaşınalıqdan istifadə edən mənfur düşmənlərimiz Qarabağda dinc əhaliyə qarşı ixtişaşlar törədərək ölkəmizin ərazisinin 20%-dən çoxunu işğal etmişdir. Həmin illərdə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə dəvət edilmişdir. O dövrdə Azərbaycanın çətin vəziyyətdə olduğunu və gündən-günə torpaqlarımızın işğal olunması təhlükəsinin daha da artdığını görən ulu öndər Heydər Əliyev xalqın çağırışına cavab verərək yenidən ölkəmizə rəhbərlik etməyi, Azərbaycanı bu çətin vəziyyətdən çıxarmağı öz üzərinə götürmüşdür. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk öncə dərin siyasi zəkası ilə ölkədə özbaşınalıq və xaosun qarşısını alaraq sabitlik yaratmış və nizami ordu quruculuğuna xüsusi diqqət ayırmışdır. Həmən dövrdən başlayaraq ölkəmiz dayanıqlı inkişafa qədəm qoymuş və bu gün zəfərləri ilə fəxr etdiyimiz Azərbaycan ordusunun təməlinin qoyulması ulu öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir.
Cavanşir Yusifov: Bütün uğurlarımızın memarı sözsüz ki, bizim əziz prezidentimizdir


Sonrakı dövrdə Azərbaycan həm daxildə iqtisadi inkişaf yolunu keçmiş, həm də ordu quruculuğuna xüsusi diqqət ayırmışdır. Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya təcrübəsi qazanaraq ən müasir silahlarla təmin olunmuşdur. Cənab Prezidentin regionda sülhün yaranması və torpaqlarımızın işğaldan azad olunması istiqamətində müxtəlif beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırmasına baxmayaraq düşmənlərimiz işğal etdikləri torpaqları tərk etməmiş və yeni torpaqlarımızı işğal etmək üçün müxtəlif təxribatlar törətmişdir. Nəhayət ki, 27 sentyabr 2020-ci il tarixdə düşmənin növbəti təxribatının qarşısı almaq üçün Müzəffər Ali baş Komandan İlham Əliyev ordumuza əks hücum əmri vermişdir. Bununla da 44 gün davam edən Vətən müharibəsinin nəticəsində ordumuz torpaqlarımızı işğaldan azad edərək Azərbaycan xalqının daimi fəxr edəcəyi tarixi zəfərə imza atmışdır.

Prezident İlham Əliyev cari ilin 10 may tarixində Şuşa şəhərinə səfəri zamanı böyük qayıdış proqramına uyğun olaraq Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşmüşdür. Görüş zamanı Prezident İlham Əliyev Şuşalıları öz doğma torpaqlarında salamlayaraq qeyd etmişdir ki, otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm: “Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim.

Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Cavanşir Yusifov: Bütün uğurlarımızın memarı sözsüz ki, bizim əziz prezidentimizdir


Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. Mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərini özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər bizim torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər. Onların arxasında duran havadarları - böyük dövlətlər onlarda bu əminliyi daha da gücləndirmişdilər. Ancaq biz əmin idik, bilirdik ki, gün gələcək və biz öz doğma torpaqlarımıza qayıdacağıq. Uzun illər mən Prezident kimi çalışırdım ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun və mənim fəaliyyətim göz qabağındadır, onlarla, bəlkə də yüzlərlə görüşlər keçirilmişdir, danışıqlar aparılmışdır. Amma heç bir nəticə olmamışdır. Nə üçün?! Çünki Ermənistan, bir daha demək istəyirəm, bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi. Onların arxasında duran, guya ki, vasitəçilik edən ölkələr isə bu işğalı əbədi etmək istəyirdilər.

44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atmışdır, faktiki olaraq təslim olmuşdur. Biz də o vaxt müharibəni dayandırdıq. Çünki müharibənin ilk günlərindən mən bəyan edirdim ki, düşmən bizə tarix versin, torpaqlarımızdan nə vaxt çıxacaq və o təqdirdə biz müharibəni dayandırmağa hazırıq.”

Bəli Prezident İlham Əliyev öz çıxışında müharibənin gedişi ilə bağlı bütün detalları Şuşa sakinlərinə bildirmişdir. Bununlada biz 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında ordumuzun qələbəsi ilə yanaşı beynəlxalq siyasi arenada da bütün təzyiqləri dəf edən Liderimiz gücünə şahid olduq.
Cavanşir Yusifov: Bütün uğurlarımızın memarı sözsüz ki, bizim əziz prezidentimizdir

Oxşar xəbərlər