Bəkir Yusifov heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq daim dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır- ÖZƏL

Bəkir Yusifov heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq daim dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır- ÖZƏL Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqının sədri Bəkir Yusifovdur.

Aviasiya işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yüksəldilməsi və iş şəraitinin yax- şılaşdırılması, əmək hüquqlarının qorunması, sosial güzəştlər sisteminin təkmilləşdirilməsi məsələlərinin hər zaman diqqət mərkəzindədir. Məlum devalvasiyadan sonra həyat və yaşayış səviyyəsinin aşağı düşməsinə baxmayaraq, mülki aviasiya sahəsində çalışan işçilərin əmək haqlarını sabit şəkildə saxlamaq mümkün olubdur. Dövlət Sosial Müdafiə Fonduna, vergi orqanlarına ödəmələrin vaxtında həyata keçirilməsi, təqaüdlərin gecikdirilmədən ödənilməsi təmin edilibdir. Daim təkmilləşmə prosesindən keçən texniki vasitələr, sistemlər, komplekslər işlərin yüksək səviyyədə, keyfiyyətlə yerinə yetrilməsinə imkan verir. İşçilərə yaradılan iş və əmək şəraiti, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının təmin edilməsi müasir dövrün tələblərinə uyğundur. Aviasiya işçilərinin əməyinin ödənişi, sosial-iqtisadi məsələlərin həlli, əməyin mühafizəsi və təhlükəsizlik texnikası ilə təmin olunması, kadrlarla aparılan işlər, kollektiv üzvlərinin sağlamlığının qorunması, onların və ailə üzvlərinin müalicəsinin və istirahətinin təşkili, gənclərlə iş, gender bərabərliyi, bədən tərbiyəsi və idmana cəlb edilməsi məsələləri Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası, “Azərbaycan Hava Yolları” QSC və Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış Sahə Kollektiv Sazişlə həyata keçirilir. Dövlət müstəqilliyimizin qorunub saxlanılmasında, xalqın rifah halının yüksəldilməsində, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında “Azərbaycan Hava Yolları” QSCnin idarə, müəssisə və təşkilatlarında çalışan müharibə, əmək, silahlı qüvvələr, Çernobıl və hüquq-mühafizə orqanları veteranlarının xüsusi yeri vardır və onlara daim qayğı göstərilir.

Bəkir Yusifov heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq daim dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır- ÖZƏL








Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqının sədri Bəkir Yusifov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Bəkir Yusifov bu işin müqəddəsliyini qoruyub saxlayır. Bəkir Yusifov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Bəkir Yusifovdan danışdılar yaxşı ki, Bəkir Yusifov Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqının sədri təyin olunub… Bəkir Yusifov öz isguzarlığı ilə tanınır və seçilir….

Bəkir Yusifov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Bəkir Yusifovu heç vaxt əqidəsindən döndərə bilməz.

Bəkir Yusifov heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq daim dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır- ÖZƏL








Bəkir Yusifov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Bəkir Yusifov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Bəkir Yusifov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Bəkir Yusifovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Bəkir Yusifov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Bəkir Yusifov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqının sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Bəkir Yusifov özünü doğruldub. Bizdə hörmətli Bəkir Yusifovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər