Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA

Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.

İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, Milli Məclisin profil komitələrində müzakirə edilən bu layihənin sabah plenar iclasda qəbul olunacağı gözlənilir:

"2023-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 30% artaraq 7,6 milyard dollara çatıb. Yeni anlaşma qarşılıqlı ticarət dövriyyəsinin artırılması baxımından vacib hesab edilir, ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq hədəflənir".

Millət vəkili bildirib ki, bütövlükdə, son dövrlər imzalanan anlaşmalar iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə müsbət təsir göstərir: "Azərbaycanın qeyri-neft ixracatının 25%-i məhz qardaş dövlətin payına düşür. Türkiyə həm ümumi ticarət dövriyyəsində, həm də qeyri-enerji ixracatında Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır".

V. Bayramov qeyd edir ki, ikiqat vergitutmanın ləğv edilməsi Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcini və qiymətini azalda bilər: "Türkiyədən illik idxalımızın həcmi 2 milyard 291 milyon dollardır. İdxalında strukturunda yüngül sənaye, xüsusən də, geyim məhsulları və qida malları xüsusi paya malikdir. Bu kontekstdən, yaxın dövrlərdə Azərbaycanda Türkiyədən gətirilən malların ucuzulaşması mümkün ola bilər. İqtisadi baxımdan xərcin azalması qiymətlərin düşməsi ilə müşahidə olunmalıdır".

Oxşar xəbərlər