Sadə Azərbaycan ziyalısı - Zərifə Əliyeva...

Sadə Azərbaycan ziyalısı - Zərifə Əliyeva... Sadə Azərbaycan ziyalısı - Zərifə Əliyeva... Zərif bir qadın, gözəl bir ana.Vaxtaşırı piano arxasına keçib, ailə üzvlərini də başına yığıb gözəl nəğmələr ifa edərdi. Çox güman ki, onun evinin qabağından keçənlər bu zərif musiqiləri eşitdikdə ayaq saxlayardılar. Bu zərif, nəcib qadın hansı evdə yaşasaydı, o ocaq yenə də isti, mehriban, xoş musiqili olardı. Həmin qadın həm də yüzlərlə insanın gözlərinə işıq verən bir alim idi. Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dövrünün görkəmli xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb.
Atasının yolunu davam etdirmək istəyən Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək üçün isə o, təhsilini Moskvada davam etdirir. Peşəsində bir çox yeniliklərə imza atan Zərifə xanım 1954-cü ildə Ulu öndər Heydər Əliyevlə ailə həyatı qurur. Bütün ömrünü göz xəstəlikləri ilə mübarizəyə həsr edən Zərifə xanım sadəliyi, insansevərliyi və vətənpərvərliyi ilə hamının rəğbətini qazanmışdı. O çox gözəl bir şəxsiyyətə malik idi. Onun sadəliyi də çox qəribə idi, zəkası da çox qəribə idi. Onun adı ona yaraşırdı, çünki çox zərif qadın idi. Mən onun çox gözəl ana, çox gözəl həyat yoldaşı olduğunu da vurğulamaq istərdim. Onu görən, söhbətlərinin şahidi olan insanların bu haqda danışarkən gözlərində peyda olan işığı sezməmək mümkün deyil. Zərifə xanım kimi qadınlar, bəlkə də, 100 ildə bir dəfə dünyaya gəlirlər. Azərbaycan xalqı bir neçə qadını ilə fəxr edir. O sırada başlıca qadın Zərifə xanımdır. Xəstələrə münasibəti də çox gözəl və düşüncəli idi. İnsanlar çətində qaldıqda onlara əl uzadır, kömək edirdi. O bütün vətənin sevgisinə layiq bir xanımdır. Heyif ki, Zərifə xanım çox yaşamadı. Mən çox pis oluram ki,Zərifə xanım oğlu İlham Əliyevin qələbəsinə şahid ola bilmədi. Birdən-birə o, dünyasını dəyişdi və bu onun ailəsinə, Ulu öndər Heydər Əliyevə böyük bir zərbə oldu. Bəlkə də, Ulu öndər Heydər Əliyevin aldığı ən böyük və ilk zərbəsi idi.
Hər bir insanın həyatında bir missiyası olur. Zərifə xanımın tale yoluna nəzər saldıqda aydın görünür ki, onun həyatda bir neçə missiyası olub. Ömrünə yazılanı layiqincə yaşamaq isə əsl insanlara nəsib olur. Həkim, ana, həyat yoldaşı və əsl vətəndaş Zərifə xanım Əliyeva kimi...


Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
biologiya müəllimi Xəyalə Kərimova


Oxşar xəbərlər