Müharibədə min hoqqadan çıxdı, indi də Azərbaycandakı səfirliyi… - Siyavuş Novruzov

Müharibədə min hoqqadan çıxdı, indi də Azərbaycandakı səfirliyi… - Siyavuş Novruzov Son vaxtlarda bölgədə yaranmış vəziyyətlə bağlı məni narahat edən məsələ Tehranın sərgilədiyi mövqedir.

Bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, 44 günlük müharibə zamanı min bir hoqqadan çıxdı. “Azərbaycan sərhədinə qoşun yeritməkdən tutmuş ən müxtəlif addımlara əl atdı. Müharibədən dərhal sonra isə Qafanda konsulluq açdı. Amma bu gün NATO İranla sərhəddə gəlir, Tehran isə susur”, - deputat qeyd edib.

O əlavə edib ki, Qərbin Ermənistana yığdığı silahlar Azərbaycana hücum üçün deyil, İran üçündür. Amma Tehran susur. Susmaq bir yana, axmağın biri ayağa qalxır ki, İsrailin Azərbaycandakı səfriliyini bombalamaq lazımdır. Birincisi, bu, beynəlxalq hüquqa ziddir. İkincisi, İsrailin dünyada 150-dən artıq ölkəsində səfirliyi var, niyə İsrailin ABŞ-dəki, ərəb ölkələrində və digər ölkələrdəki səfirliklərini bombalamır, Azərbaycandakı səfirliyini bombalamaq barədə sərsəm fikirlər səsləndirir.

Onlar bilmir ki, heç oradakı azərbaycanlılar buna imkan verər...

Biz nə qədər çalışıb İranla münasibətləri yaxşılaşdımaq istədikcə qarşı tərəf hər dəfə bundan uzaqlaşmağa çalışır. Artıq ortaya konkret mövqe qoymağın vaxtıdır. İran buna öz mövqeyini bildirməlidir”, - Novruzov qeyd edib.

Oxşar xəbərlər