
Bununla tarixi ilkə imza atan Gürcüstan yığması Almaniyada keçiriləcək qitə birinciliyində iştirak edəcək.
Yunanıstanla baş tutan matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitib. Penaltilər seriyasında gürcü futbolçular daha dəqiq olublar - 4:2.
Qeyd edək ki, qarşılaşma Tbilisidə baş tutub.
Gürcüstan millisi Avropa çempionatında F qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Türkiyə (18 iyun), Çexiya (22 iyun) və Portuqaliya (26 iyun) yığmaları olacaq.