
“Qitənin ən nüfuzlu futbol təşkilatının sosial şəbəkə hesabında bu dəfə Ağdam təmsilçisinin futbolçusu Olavio Juninyoya yer verilib.
Sözügedən paylaşımda “Juninyo “Bayer”lə ( Leverkuzen) qarşılaşmada şou göstərdi” şərhi qeyd olunub.
Qeyd edək ki, Bakıda keçirilən “Qarabağ”-“Bayer” matçı 2:2 hesabı ilə bitib.
Cavab oyunu martın 14-ü, saat 00:00-da Almaniyada baş tutacaq.