Vətəni, dövləti uğrunda tər tökən əqidə adamıdır

Vətəni, dövləti uğrunda tər tökən əqidə adamıdır Əziz oxucu! Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov haqqında qaynaqlanan maraqlı fikirləri, söhbətləri məmnuniyyətlə qələmə alıb oxucularımıza çatdırmağı özümüzə borc bildik. Ancaq ilk öncə ...

Bəri başdan qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. Həmişə gücsüzün yanında olub, ona qəhmər çıxıb. Bəli, o, əsl Vətən daşıdır. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bütün qəlbiylə insanlıgı, xeyrxahlığı sevir, bu amalla yaşayır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə ALLAHın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır. Bəli, bu adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.

Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən MƏMURlardandır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də Zakir Fərəcovun fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər də hər bir insana yalnız baş ucalığı gətirə bilər.

Bəli, insan öz əqidəsini elan kimi divardan asmamalıdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, O, vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Zakir Fərəcov vətəndaşların müraciətlərini dinləyib

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vətəndaşlarla növbəti görüşü şəhərin 4-cü mikrorayonunda keçirilib.

Görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qəbul zamanı hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Görüşdə iştirak edən sakinlər Sumqayıtda görülən işlərdən razı olduqlarını bildirdilər, onların müraciətlərinə xüsusi həssaslıqla və diqqətlə yanaşıldığına görə öz minnətdarlıqlarını bildirdilər.

Vətəni, dövləti uğrunda tər tökən əqidə adamıdır
Vətəni, dövləti uğrunda tər tökən əqidə adamıdır
Vətəni, dövləti uğrunda tər tökən əqidə adamıdır
Vətəni, dövləti uğrunda tər tökən əqidə adamıdır
Vətəni, dövləti uğrunda tər tökən əqidə adamıdır
Vətəni, dövləti uğrunda tər tökən əqidə adamıdır
Vətəni, dövləti uğrunda tər tökən əqidə adamıdır
Vətəni, dövləti uğrunda tər tökən əqidə adamıdır
Vətəni, dövləti uğrunda tər tökən əqidə adamıdır

Oxşar xəbərlər