Zöhrab Camalov vətəninə sadiq insan

Zöhrab Camalov vətəninə sadiq insan Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri indi məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan Onun haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinin rəisi polkovniki Zöhrab Camalov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən, istedadlı kadr kimi tanınır. Sözümüz onda deyil. Son günlər sosial şəbəkədə, xəbər portallarında Zöhrab Camalov barədə yazılan və məqsədli şəkildə yayılan böhtan xarakterli yazılardan gedir.

Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir əzizlərim. Heç bilirsiniz kimə şər atırsınız? Həmin şər atdığınız adam millətimizin yetişdirdiyi, prespektivli ziyalılardan biridir. Şər atdığınız adam sıradan bir şəxs deyil, bir rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisidir. Bəli, yaşının o həddi olmasa da, əsl el-oba adamıdir, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlıdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır. Şər-böhtan atdığınız adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.

Dostlarımız olan KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı belə münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar Kəlbəcər gəncləri tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Zöhrab Camalov rayon əhalisi tərəfindən sevilir, hörmətlə qəbul ədilir. Çünki, o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan verərsiniz ənənəvi hal alar. Amandı, gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Möhtərəm həmkarlarım, elə yazın ki, sonradan yazdıqlarinıza görə peşiman olmayasınız!!!

Oxşar xəbərlər