
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə nümunəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" "Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.
Bəli, Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov barədə şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.
“Heydər Əliyev İli” çərçivəsində “Missiya” tamaşası nümayiş olunub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Sumqayıt şəhərində silsilə tədbirlər davam etdirilir.
Sumqayıt Apellyasiya Məhkəməsinin təşəbbüsü ilə Sumqayıt Dövlət Dram Teatrında “Missiya” tamaşası nümayiş olunub.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Sumqayıt apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri, məhkəmə aparatının əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Vurğulanıb ki, İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.






Zakir Fərəcov 31 nömrəli məktəbdə oldu, şagirdlərlə görüşdü
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər 31 nömrəli məktəbdə olub, mövcud şəraitlə yaxından tanış olub.
Şəhər rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, siniflərdə şagirdlərlə səmimi görüşərək, onlara tövsiyələrini çatdırıb, dərslərində onlara uğurlar arzulayıb.
Şəhərimizdə həyata keçirilən layihələr, təhsil sahəsində görülmüş işlər və əldə olunmuş naliyyətlər ətrafında geniş diskussiya və fikir mübadiləsi aparılıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar görüşü keçirilib.
Sumqayıt şəhər 11-ci mikrorayon ərazisində keçirilən qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi şəhər rəhbəri tərəfindən yerindəcə həll edilib. Araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.







