Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır

Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır

“Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqəti cəlb edir. Buna əsas yaradan xarici siyasətimizin dəyişməz prinsipləridir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın Avropa, türkdilli və ərəb dövlətləri ilə əlaqələrinin hazırkı inkişaf səviyyəsi göz önündədir. Möhkəm təməl, qarşılıqlı etimad üzərində qurulan bu əlaqələr tarixi Zəfərimizdən ötən illərdə yeni istiqamətlər üzrə sürətlə inkişaf etməkdə, əməkdaşlığın gələcək inkişafına öz töhfəsini verəcək addımlar atılmaqda, mühüm sənədlər imzalanmaqdadır.”
Azərbaycanın bərpaolunan enerji mərkəzinə çevrilməsi əsas hədəflərdəndir. Dövlət başçısı İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın bu sahədə malik olduğu potensialı rəqəmlər əsasında diqqətə çatdırdı. Bildirdi ki, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Azərbaycan Xəzər dənizi hövzəsində ən iri külək elektrik stansiyası inşa edəcək.
Regionun və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu getdikcə artır. Bu məsələnin gündəmdə önəmli yer tutduğu ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransın gedişində bir daha aydın göründü.

Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Abbasova

Oxşar xəbərlər