ABŞ hərbi bazasına hücum: onlarla yaralı və ölən var

ABŞ hərbi bazasına hücum: onlarla yaralı və ölən var ABŞ-nin İordaniyadakı hərbi bazasına PUA hücumu nəticəsində 34 amerikalı hərbçi yaralanıb.

"Reuters" xəbər verir ki, PUA hücumu nəticəsində yaralanan hərbçilərin sayı 34-ə çatıb, 3 əsgər həlak olub.

CNN-nin verdiyi xəbərə görə, ABŞ-nin Yaxın Şərqdəki bazasına hücumdan sonra yaralı hərbçilər təxliyə edilib.

"Sky News Arabia"nın məlumatına görə, hücuma görə məsuliyyəti İraqda yerləşən “Kətaib Hizbullah” hərəkatı öz üzərinə götürüb.

Tehran ABŞ hərbi bazasına hücumda iştirakını inkar edib.

İRNA-nın verdiyi xəbərə görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi məlumat verib.

"İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin endirilməsi ilə İranın heç bir əlaqəsi yoxdur", - o qeyd edib.

Diplomat belə bir bəyanatla Vaşinqton administrasiyasının Tehrana qarşı ittihamları ilə bağlı çıxış edib.

Oxşar xəbərlər