ABŞ prezidentinin Cənubi Koreya səfəri başladı

ABŞ prezidentinin Cənubi Koreya səfəri başladı ABŞ prezidenti Donald Trampın Cənubi Koreyaya ikigünlük səfəri başladı.
"Ölkə.Az" xəbər verir ki, Trampın təyyarəsi Pxyöntek şəhərindəki Osan avia bazasına enib. ABŞ prezidenti buradan Kemp-Hamfriz hərbi bazasına yola düşüb.

Pxyöntekdə ABŞ prezidentini Cənubi Koreyanın prezidenti Mun Çje İn qarşılayıb. Cənubi Koreya prezidentinin hərbi bazaya səfəri əvvəlcədən planlaşdırılmamışdı.
Cənubi Koreya tarixində ilk dəfədir ki, prezident amerikalı həmkarını prezident sarayının hüdudlarından kənarda qarşılayır. Kemp-Hamfriz bazasında Tramp və Mun hər iki ölkənin hərbçiləri ilə nahar edəcəklər. Sonra isə Tramp yarımadadakı vəziyyət barədə hesabatı dinləyəcək.

Günün ikinci yarısında rəsmilərin görüşü və iki liderin bir saatlıq gəzintisi nəzərdə tutulub. Sonra isə mətbuat konfransı veriləcək. Günün sonunda liderlər şam yeməyi yeyəcəklər.

Oxşar xəbərlər