Bakıda "Shaurma N1" yanır - VİDEO(YENİLƏNİB)

Bakıda Bakıda restoranda başlayan yanğın yolda sıxlığa səbəb olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində baş verən yanğın səbəbindən Mətbuat prospekti istiqamətində yolda sıxlıq yaranıb.
Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə yol polisi əməkdaşları tərəfindən tədbirlər görülür.

***
Bakıda restoranda yanğın başlayıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə, Badamdar qəsəbəsi ərazisində yerləşən "Shaurma N1" restoranının dam örtüyündə qeydə alınıb.
Məlumata görə, hazırda əraziyə yanğınsöndürənlər cəlb edilib.


Oxşar xəbərlər