Əldə olunan bütün nailiyyətlər möhkəm təməl prinsiplərinə bağlıdır

Əldə olunan bütün nailiyyətlər möhkəm təməl prinsiplərinə bağlıdır
Sovet Höküməti dağıldıqdan sonra İttifaq dövlətləri arasında ən çox iqtisadi cəhətdən zərbəyə məruz qalan ölkə Azərbaycan oldu. 80-ci illərin sonlarından başlayaraq Ermənistan Respublikasından son mərhələ olaraq 84 min 860 nəfər azərbaycanlı qovuldu və bununla da Ermənistan Respublikasında bir nəfər də olsun azərbaycanlı qalmadı, onu da qeyd edim ki, qovulma siyasəti Ermənistanda vahid mərkəzdən idarə olunduğundan ölkənin hər yerində eyni senari və templə həyata keçirilirdi. Bu proseslərlə paralel olaraq erməni separatizminin Qarabağda baş qaldırması ilə həm Qarabağ və həm də ətraf rayonların Ermənistan tərəfindən işğalı, bunun nəticəsi olaraq bir milyondan çox həmyerlimizin məcburi köçkün halına salınması, işğal etdikləri ərazilərdə vandalizm siyasəti, həmçinin atəşkəsin mütəmadi olaraq pozularaq ərazilərimizin atəşə tutulması ölkəmizin iqtisadiyyatına sarsıdıcı zərbə vurmuşdu. Buna baxmayaraq və digər keçmiş on dörd müttəfiq respublikadan fərqli olaraq Ulu Öndərimizin uğurlu və uzaqgörən siyasəti nəticəsində ölkəmizin iqtisadiyyatı yüksələn xətlə inkişaf etməyə başladı.
Bu yüksələn iqtisadi inkişaf bu gün də uğurla davam etdirilir, həm də eyni zamanda əsas dövlət xərcləri azad olunmuş Qarabağa və Şərqi zəngəzurda gedən tikinti bərpa işlərinə yönəldilib ki, bu da 2026-cı ilin sonunadək 140 min keçmiş məcburi köçkünün öz dədə - baba yurdlarına yerləşdirilməsi deməkdir.
Ölkəmizdə sabitlik və əminamanlıq hökm sürdükcə xarici investisiyaların sayı da artır, bu isə ölkəmizə xarici kapitalın axını deməkdir, çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var. Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verilib. Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Bütün bunlara baxmayaraq olkəmizin iqtisadiyyatının neft və qaz sektorundan asıllığını azaltmağa və şaxələndirməyə nail oluruq. Azərbaycanımızın dünya dövlətləri ilə iqtisadi əlaqələri elə həssaslıqla həyata keçirilir ki, eyni zamanda onun təhlükəsizliyi üçün heç bir təhdid yaranmır və böyük dövlətlərin toqquşmaları üçün zəmin yaradılmır.
Nəzərə alsaq ki, ermənilər və azərbaycanlılar Rusiyada bir yerdə yaşayırlar, Ukraynada bir yerdə yaşayırlar və Gürcüstanda hətta eyni kəndlərdə yaşayırlar, bu onu deməyə əsas verir ki, Ermənistan bizim sülh çağırışımıza müsbət cavab verməli və irəli sürdüyümüz sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipinə əməl etməlidir. Hansı ki, bu təməl prinsipləri beynəlxalq hüquqa əsaslanır: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə, bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması.Bu prinsiplərə əsaslanaraq onu demək olar ki, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Bununla da tarixi ədalətin bərpası prinsipləri önə gətirilir və davamlı sülhə böyük töhvələr vermiş oluruq.
Belə situasiyadan Ermənistan daha həvəslə istifadə etməli, münasibətlərin nörmallaşması üçün maraqlı olmalı, xalqların əmin amanlıq və yüksək rifah halında yaşaması üçün səy göstərməlidir. İndiki vəziyyətdə Ermənistana sülh addımlarını atmağa mane olan heç bir maneə qalmayıb.
Bütün bu nailiyyətlərimizin təməl prinsipləri Prezident İlham Əliyevin uğurlu siyasi fəaliyyətinə əsaslanır. Bu təməl prinsipləri əsasında bizim sabit siyasi sistemimiz var, xüsusilə işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra xalqımızın çox güclü birliyi yaranıb və Prezidentimizin uğurlu siyasəti nəticəsində bu birlik daha da çox nailiyyətlər əldə edəcək və ölkəmizin qüdrəti daima yüksələcək.

Sabunçu qəsəbəsi, 215 nömrəli tam orta məktəbin
direktoru Cavad Mustafayev

Oxşar xəbərlər