Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ölkəmizin bütün istiqamətlərdə inkişafını təşkil edir

Prezident  İlham  Əliyevin uğurlu daxili  və xarici siyasəti ölkəmizin bütün  istiqamətlərdə inkişafını təşkil  edir

Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşü keçirilibdir. Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsidir. Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollarda çox sərmayə yatırıbdır.
Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qızğızıstan İnkişaf Fondu yaradılmışdır. Cari ilin yanvar-sentyabr aylarında ölkəmizin Türk dövlətləri ilə ticarət dövriyyəsinin 40 % artdığı təsdiqlənmişdir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında tranzit ölkə kimi təsdiqlənib və Şərq-Qərb nəqliyyatı dəhlizinin dayanıqlı fəaliyyətinə töhfə verməkdədir.
Azərbaycan cənab prezident İlham Əliyevin uğurlu siyasəti yürütdüyü düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası nəticəsində, son üç ildə iki terror əməliyyatı keçirməklə işğal altında olan torpaqlarımızı düşmən tapdağından təmizləmişdir. Məntiqi ardıcıllıq olaraq, azad edilmiş torpaqlarda genişmiqyaslı yenidənqurma bərpa işlərinə başlanmışdır. Bu yenidənqurma işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar, 2024-cü ildə isə 2, 4 milyard vəsait sərf edilməsi nəzərdə tutulur. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ölkəmizin bütün istiqamətlərdə inkişafını təşkil edir.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Ülkər Abdullayeva

Oxşar xəbərlər