Yeni Azərbaycan Partiyası müstəqilliyimizin, milli konsepsiyamızın, sosial rifahımızın qarantı olaraq bu gün də Cənab İlham Əliyevin qüdrətli rəhbərliyi altında bu tarixi missiyanı yerinə yetirməkdədir

Yeni Azərbaycan Partiyası müstəqilliyimizin, milli konsepsiyamızın, sosial rifahımızın qarantı olaraq bu gün də Cənab İlham Əliyevin qüdrətli rəhbərliyi altında bu tarixi missiyanı yerinə yetirməkdədir
Ötən əsrin son onilliyi xalqımızın tarixində ağrılı təbəddülatlarla yadda qaldı. Bir tərəfdən sovet imperiyasından qopma prosesinin yaratdığı travma, iqtisadi böhran, eləcə də bunun fonunda baş verən siyasi çəkişmələr,digər tərəfdən Qarabağda gündən-günə itirilən ərazilər, hərbi məğlubiyyət prosesləri çıxılmaz vəziyyətə sonuclamış kimi görünürdü.
O zaman Azərbaycanın düçar olduğu bu situasiyanı bir vaxtlar Osmanlı imperiyasının yaşadığı siyasi böhranla müqayisə edirdilər. Artıq XIX əsrdə Avropada “xəstə adam”adlandırılan bu şərq ölkəsi XX əsrin əvvəllərində imperialist qüvvələrin qurbanına çevrilməkdə idi. Məhz o zaman Mustafa Kamal paşa ölkəni uçurumun bir addımlığından qaytardı, bütöv bir milləti məhv olmaq təhlükəsindən xilas etdi.
Bəli, təqribən 30 il bundan əvvəl Azərbaycan da belə bir kataklizmanı yaşamışdı. O zaman yenicə müstəqilliyini elan etmiş gənc respublika bu müstəqilliyi qoruyub saxlamağa gücü çatmayacaq bir durumda idi. Məhz belə bir dönəmdə Respublikanın ziyalıları artıq böyük siyasətdə öz sözünü demiş müdrik rəhbər, vətənpərvər ulu öndər Heydər Əliyevə müraciət etdilər. “Səs”qəzeti vasitəsilə yayımlanan bu müraciət siyasət meyadanında yeni bir platformanın təzahürü demək idi.
Qısa bir zamanda yeni,zamanın tələbi olacaq bir siyasi təşkilatlanmanın vacibliyi gündəmə gəlmişdi. O vaxta qədər artıq Naxçıvanda xalqın milli istiqlalı yolunda böyük gəlişmələr edilməsi bölgədə siyasi atmosferi xeyli təzələmişdi. Hələ 1990-cı ilin 17 noyabrında Naxçıvan MR Ali Məclisində muxtar respublikanın adından sovet sosialist ifadələrinin çıxarılması, üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilərək, iclas salonuna gətirilməsi, qonşu Türkiyə ilə sıx dostluq münasibətlərinin qurulması bəşəri missiyadan xəbər verirdi.
İllər keçdikdən sonra tarixi hadisələri təhlil edərkən o günlərdə qəbul edilmiş tarixi qərarların nə ölçüdə bir zərurət olduğunu qənaətləndirə bilərik.Yeni Azərbaycan Partiyası müstəqilliyimizin, milli konsepsiyamızın, sosial rifahımızın qarantı olaraq bu gün də Cənab İlham Əliyevin qüdrətli rəhbərliyi altında bu tarixi missiyanı yerinə yetirməkdədir.

Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
direktoru Təhmasib Məmiyev


Oxşar xəbərlər