"Gəncə Enerji Təchizatı" MMC-idarəsinin rəisi Elmar Mahmudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

“AzərEnerji” və “Azərişıq” “Zəfər işığı” adlı geniş tədbir keçirib

"Gəncə Enerji Təchizatı" MMC-idarəsinin rəisi Elmar Mahmudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


“AzərEnerji” və “Azərişıq” səhmdar cəmiyyətləri Ulu Öndər Heydər Əliyevin 100 illiyi, Prezident İlham Əliyevin hakimiyyətə gəlməyinin 20 illiyi və Zəfər Günü ilə bağlı “Zəfər işığı” adlı geniş tədbir keçiriblər. “AzərEnerji” ASC-nin Baş İdarəetmə Kompleksinin binasında yerləşən 500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ilk öncə dövlət himni səslənib, Ulu Öndər Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilən ərazilərdə “AzərEnerji” və “Azərişıq” tərəfindən görülən işlərə həsr olunmuş “Zəfər işığı” adlı filmin nümayişi olub.

“AzərEnerji” rəhbəri Baba Rzayev çıxış edərək Ulu Öndərin energetika sahəsində gördüyü işlərdən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan müstəqil Azərbaycanın elektroenergetikası məhz cənab Prezident İlham Əliyev tərəfindən bugünki səviyyəyə çatıb. Baba Rzayevin sözlərinə görə, bu gün Azərbaycanın sayılıb-seçilən enerji dövləti titulunu alması, ən müasir texniki avadanlıqlarla təchiz olunaraq rəqəmsallaşdırılması, alternativ və bərpa olunan enerjinin prioritet sahəyə çevrilməsi, qırxdan artıq yeni elektrik stansiyalarının inşa olunması, yüzlərlə yarımstansiyanın tikilərək yenidən qurulması, min kilometrlərlə müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, hazırda ölkədə istehsal olunan enerjinin 20 faizə yaxın hissəsinin ixrac edilməsi, qeyri neft sektorunda enerji ixracının neçə illərdir birinci olması və digər bu kimi məsələlər cənab Prezident İlham Əliyevin davamlı enerji strategiyasının həyata keçirilməsinin təzahürüdür.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi qazanılan şanlı Zəfər yolundan danışan Baba Rzayev qeyd edib ki, Cənab Prezidentin tapşırığı ilə hələ müharibə gedən dövrdə “AzərEnerji” və “Azərişıq” səhmdar cəmiyyətlərinin əməli fəaliyyət keçib və artıq bütün azad olan rayonlar Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı “yaşıl enerji” zonasın çevrilməkdədir.

Tədbirdə çıxış edən qocaman energetik Baxış Babayev, Akademik Arif Həşimov, professor Nurəli Yusifbəyli də Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərin işğaldan azad olunması və bunu ardınca həyata keçirilən quruculuq işlərindən danışıblar.

Daha sonra 3 il ərzində işğaldan azad olunan ərazilərin elektrik təchizatında xüsusi fədakarlıq göstərən “AzərEnerji” və “Azərişıq” əməkdaşları müxtəlif nominasiyalar üzrə Baba Rzayev və Vüqar Əhmədov tərəfindən mükafatlandırılıb. Eyni zamanda qəhrəman qazilərimizə də hədiyyələr təqdim olunub.

"Gəncə Enerji Təchizatı" MMC-idarəsinin rəisi Elmar Mahmudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
"Gəncə Enerji Təchizatı" MMC-idarəsinin rəisi Elmar Mahmudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
"Gəncə Enerji Təchizatı" MMC-idarəsinin rəisi Elmar Mahmudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
"Gəncə Enerji Təchizatı" MMC-idarəsinin rəisi Elmar Mahmudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - "Gəncə Enerji Təchizatı" MMC-idarəsinin rəisi Elmar Mahmudov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Bəzi internet saytlarında "Gəncə Enerji Təchizatı" MMC-idarəsinin rəisi Elmar Mahmudov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Elmar Mahmudov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Gəncə Enerji Təchizatı" MMC-idarəsinin rəisi Elmar Mahmudovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

"Gəncə Enerji Təchizatı" MMC-idarəsinin rəisi Elmar Mahmudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Elmar Mahmudov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Gəncə Enerji Təchizatı" MMC-idarəsinin rəisi Elmar Mahmudova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

"Gəncə Enerji Təchizatı" MMC-idarəsinin rəisi Elmar Mahmudov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elmar Mahmudov bu işin müqəddəsliyini qoruyub saxlayır. Elmar Mahmudov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Elmar Mahmudov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Elmar Mahmudov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Elmar Mahmudov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Elmar Mahmudovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Elmar Mahmudov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Elmar Mahmudov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Gəncə Enerji Təchizatı" MMC-idarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Elmar Mahmudov özünü doğruldub. Bizdə hörmətli Elmar Mahmudovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər