Malik İsaqov Şəhid ailələrinə, qazilərə xüsusi diqqət və hörmət göstərir

Malik İsaqov Şəhid ailələrinə, qazilərə xüsusi diqqət və hörmət göstərir Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Malik İsaqovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Malik İsaqov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Qubadlı şəhərinin işğaldan azad olunması günü və Şəhid İsgəndərov İlkin Camal oğlunun anım Günü

Malik İsaqov Şəhid ailələrinə, qazilərə xüsusi diqqət və hörmət göstərir


Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2023-cü il 25 oktyabr tarixində Sumqayıt şəhər Şəhidlər Xiyabanında25 oktyabr Qubadlı şəhərinin işğaldan azad olunması və Vətən müharibəsindətorpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş İsgəndərov İlkin Camal oğlununanım günü münasibətilətədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Hüquq-mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Şəhidlərimizin ailə üzvləri və yaxınları,eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər və Şəhidlər Xiyabanındakı bütün Şəhidlərimizin məzarları üzərinə əklillər və gül dəstələri qoydular.Sumqayıt şəhərinin axundu Hacı Rauf Şəhidlərimizin ruhuna dualar oxudu.

Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyinin kollektivi və Qubadlı rayon məktəblilərinin ifasında vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə qeyd edildi ki, Zəngin tarixə malik olan Qubadlı rayonu 31.08.1993-cü il tarixdə erməni təcavüzkarları tərəfindən işğal olunmuşdur. Bütün əmlakı erməni işğalçıları tərəfindən talan edilmiş, 1 şəhər, 93 kənd tamamilə dağıdılmış, evlər, ictimai binalar yandırılmış, salamat qalanlar isə sökülərək Ermənistana daşınmışdır.

Qəbiristanlıqlar, tarixi-mədəni abidələr, rayon mərkəzində fəaliyyət göstərən və maraqlı eksponatlarla zəngin olan Tarix-diyarşünaslıq muzeyi məhv edilmişdir.

Düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olmuş, 473 nəfər əlil olmuş, 100 nəfərdən çox insan itgin düşmüşdür. Birinci Qarabağ muharibəsi zamanı 11 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür. Hal-hazırda 39867 nəfərdən artıq Qubadlı əhalisi respublikamızın 42 rayonunda məcburi köçkün ömrü yaşayır. Əhalimizin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb.

Həmçinin 27 sentyabr 2020-ci il tarixdən başlayan əks hücum əməliyyatı zamanı 44 gün davam edənVətən Müharibəsindəqəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmişdir. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 27.09.2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində rayonumuzun sakinlərindən 298 nəfər könüllü olaraq iştirak etmişdir.44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Rayonumuzdan olan hərbiçilərimiz Prezident İlham Əliyevin Sərəncamı ilə 200-dən yuxarı müxtəlif orden və medallarla təltif olunmuşdur.

19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ərazilərdə - Xocavənd, Əsgəran, Xocalı, Ağdərə, Xankəndi şəhərlərində Azərbaycanın bayrağı qaldırılmış və Xankəndi şəhərində Ölkə başçısının xalqa müraciəti olmuşdur.

Prezident İlham Əliyev 2020, 2021, 2022 və 2023-cü illərdə Qubadlı rayonuna səfərlər etmiş, burada rayon ictimaiyyəti ilə görüş keçirmişdir. Prezident İlham Əliyev "Qubadlı" yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etmiş, həmçinin, Zilanlı, Mahruzlu və Xanlıq kəndlərinin, eləcə də rayon Mərkəzi Xəstəxanasının və Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etmişdir.

Hal-hazırda Ölkə başçısının göstərişi əsasında hazırlanmış və təsdiq etdiyi “Böyük Qayıdış” Proqramının icrası olaraq digər işğaldan azad olunmuş rayonlarımızda olduğu kimi Qubadlı rayonunda datikinti yenidənqurma və quruculuq işləri sürətlə davam etdirilir. Bütün Qubadlılılar böyük sevinc və qürurhissi ilə “Böyük Qayıdış”ı gözləyirlər.

Həmin gün 25 oktyabr 2020-ci il tarixdə Şəhidlik zirvəsinə ucalmış Qubadlı şəhər sakini İsgəndərov İlkin Camal oğlu 18 mart 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2016-cı ildə Qubadlı rayon Kavdadıq kənd tam orta məktəbinibitimişdir. 2018-2019-cu illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur.

Vətən müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərə qatılmışdır.

Füzuli və Cəbrayıl rayonlarında gedən döyüşlərdə fəal iştirak etmiş və döyüşlərdə fəal iştirak etdiyinə görə ona çavuş hərbi rütbəsi verilmişdir.

25 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə İsgəndərov İlkin Camal oglu ölümündən sonra “Vətən uğrunda” və 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Subay idi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun! Biz bütün Qubadlılar Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Şəhidlərimizi heç vaxt unutmayacağıq. Onlar hər zaman qəlbimizdə yaşayacaqlar!

Malik İsaqov Şəhid ailələrinə, qazilərə xüsusi diqqət və hörmət göstərir
Malik İsaqov Şəhid ailələrinə, qazilərə xüsusi diqqət və hörmət göstərir
Malik İsaqov Şəhid ailələrinə, qazilərə xüsusi diqqət və hörmət göstərir
Malik İsaqov Şəhid ailələrinə, qazilərə xüsusi diqqət və hörmət göstərir
Malik İsaqov Şəhid ailələrinə, qazilərə xüsusi diqqət və hörmət göstərir
Malik İsaqov Şəhid ailələrinə, qazilərə xüsusi diqqət və hörmət göstərir
Malik İsaqov Şəhid ailələrinə, qazilərə xüsusi diqqət və hörmət göstərir
Malik İsaqov Şəhid ailələrinə, qazilərə xüsusi diqqət və hörmət göstərir
Malik İsaqov Şəhid ailələrinə, qazilərə xüsusi diqqət və hörmət göstərir


Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Sabirabad rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi

Malik İsaqov Şəhid ailələrinə, qazilərə xüsusi diqqət və hörmət göstərir


Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Saatlı rayonu Əlisoltanlı kəndində yerləşən məcburi köçkünlər üçün salınmış qəsəbədə Cəbrayıl rayon Tatar kənd tam orta məktəbdə keçirilmişdir. Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi.

Qəbulda sakinlər tərəfindən qaldırılan 5 məsələdən 4-ü yerində həll olunmuş, 1-i baxılması üçün nəzarətə götürülmüşdür. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər

Malik İsaqov Şəhid ailələrinə, qazilərə xüsusi diqqət və hörmət göstərir
Malik İsaqov Şəhid ailələrinə, qazilərə xüsusi diqqət və hörmət göstərir

Oxşar xəbərlər