Malik İsaqov: Plan baş tutmadı

Malik İsaqov: Plan baş tutmadı Bəzi internet saytlarında Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Malik İsaqov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Malik İsaqovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Malik İsaqov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Atakişiyev Aslan Qabil oğlunnun 70 illik yubley tədbiri keçirildi
Malik İsaqov: Plan baş tutmadı

2023-cü il 16 avqust tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Nəriman Nərimanov adına klubdaI Qarabağ Müharibəsi şəhidi Azərbaycanın Milli Qəhrəmanı Atakişiyev Aslan Qabil oğlunun70 illik yubleyi münasibəti ilə tədbir keçirildi.

Əvvəlcə Bakı şəhər Şəhidlər xiyabanında Milli Qəhrəmanımızın məzarı ziyarət olundu, önünə əklil və gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.

Daha sonra tədbir Sumqayıt şəhər Nəriman Nərimanov adına klubda davam etdirildi.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq mühafizə orqanları, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Aslan Atakişiyev adına Muradxanlı kənd tam orta məktəbin kollektivi, Şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Vurğulandı ki, Ölkəmizin son illər əldə etdiyi uğurlar, 44 günlük Vətən müharibəsində qazanılan zəfər, işğal altında olan torpaqlarımızın azad olunması, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində qazanılan nailiyyətlər Azərbaycanın qüdrətli ölkə olmasının bariz nümunəsidir.Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən I Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır.Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Bakı Dövlət Universitetinin professoru, Muradxanlı kənd sakini Abbas Abbasov və digər çıxış edənlərŞəhidimizlə bağlı öz xatirələrini bölüşdülər və qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.

Çıxış edən Şəhidimizin ailə üzvlərindən oğlu Elvin Atakişiyev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdi.

Aslan Atakişiyev adına Muradxanlı kənd tam orta məktəbin şagirdləri və Mədəniyyət evinin bədii qiraət dərnəyinin üzvləri tərəfindən “Vətənpərvərlik” mövzusunda şeirlər səsləndirildi, muğam parçaları ifa olundu.

Aslan Qabil oğlu Atakişiyev 1953-cü il avqust ayının 16-da Qubadlı rayonunun Muradxanlı kəndində anadan olmuşdur. 1960-cı ildə Muradxanlı kənd tam orta məktəbinə daxil olmuş, 1970-ci ildə həmin məktəbi bitirmişdir. 1972-1974- cü illərdə hərbi xidmətdə olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakultəsinə daxil olub. 1981-ci ildə təhsilini başa vurub Qubadlı rayonunun Muradxanlı kənd tam orta məktəbində müəllim vəzifəsində fəaliyyətə başlamışdır.

Qarabağ hadisələri başlayanda müəllim işləyən Aslan Atakişiyev erməni quldurlarının doğma torpaqlarımızda törətdikləri vəhşilikləri gördükdə qəlbi intiqam hissi ilə alovlanır. 1992-ci ildə öz doğma peşəsindən ayrılıb Milli Ordu sıralarına yazılır, leytenant rütbəsi ilə komandir müavini təyin olunur. O, torpaqlarımız uğrunda gedən döyüşlərdə həmişə öz cəsarəti və hünəri ilə seçilirdi. Tabor komandirinin müavini olmasına baxmayaraq öz əsgərləri içərisində qızğın yerlərdə döyüşə birinci atılırdı. Bu hünər və cəsarət çoxuna nümunəyə çevrilirdi. Cəbhədə, Ordu rəhbərliyi həmişə onun bu cəsarətini yüksək qiymətləndirirdi. Aslan Atakişiyev Laçın rayonu uğrunda gedən döyüşlərdə Mazutlu, Səfiyan, Türklər, Suarası kimi kəndlərdə əsl qəhrəmanlıq göstərmiş,düşmənin xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdir.

1992-ci il 7 avqustda Susuzdağ yüksəkliyi uğrunda qızğın döyüşlər gedirdi. Elə onun son döyüşü də burada oldu. Yağı düşmən çoxdan idi ki, onu nəzarətə almışdı. 1992-ci il avqustun 7-də Laçın dəhlizi və Susuzdağ yüksəkliyində gedən qanlı döyüşdə qəhrəmancasına şəhid olmuş,Bakı şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı Fərmanı ilə Atakişiyev Aslan Qabil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Həmçinin Qubadlı rayon Muradxanlı kənd tam orta məktəbi onun adını daşıyır.Bakı şəhərində, Sumqayıt şəhərində, Ucar rayonunda adına küçələr var.

Ailəli idi, üç övladı var.



Allah rəhmət eləsin !



Malik İsaqov: Plan baş tutmadı
Malik İsaqov: Plan baş tutmadı
Malik İsaqov: Plan baş tutmadı
Malik İsaqov: Plan baş tutmadı
Malik İsaqov: Plan baş tutmadı
Malik İsaqov: Plan baş tutmadı
Malik İsaqov: Plan baş tutmadı


Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov - Azərbaycanda güclü və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanda bütün sahələrlə yanaşı, ordu quruculuğunda da böyük nailiyyətlər qazanılıb, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuz regionun ən qüdrətli ordusuna çevrilib. 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə ordumuzun gücünün və qüdrətinin göstəricisidir. 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan torpaqlarının işğalına son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəfər qazandı. Vətən müharibəsi və onun nəticələri Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən qüdrətli ordusu olduğunu bir daha göstərdi. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, orduda aparılan islahatlar və bu sahədə qazanılan uğurlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatların nəticəsidir.

Çox təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və başda avanturist Fransa olmaqla onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər.

Ermənistanın təslimçilik - kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata etinasız yanaşmaqla, icrası zəruri müddəaları kobud şəkildə pozmağa davam edir. Bunlardan ən başlıcası isə razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli Laçın yolundan öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etdilər. Eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin çıxarılması tələbini icra etmədilər. Əksinə, ərazilərin minalanmasını, seperatçıların silah-sursatla təmin olunmasını həyata keçirdilər. Bundan əlavə Qarabağ iqtisadi rayonunda təbii sərvətlərimiz vəhşicəsinə talan edilir və ekologiyaya ciddi zərər vurulurdu.

Bütün bu qanunsuzluqlara və haqsızlıqlara etiraz olaraq Azərbaycan ekofəalları, ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən Laçın-Şuşa-Xankəndi yolu üzərində etiraz aksiyalarına start verildi. Onların 138 gün fasiləsiz şəkildə nümayiş etdirdikləri haqlı mübarizə vətən, xalq naminə edilən əsl cəsarətlilik, fədakarlıq nümunəsi idi. Lakin çox təəssüflər olsun ki, uzun müddət davam edən haqlı, sivil etirazlara və bəyanatlara rəğmən qarşı tərəf rus sülhməramlı kontingentinin də himayədarlığından yararlanaraq, alternativ yollardan istifadə etməklə, öz çirkin əməllərini davam etdirdilər. Beləliklə, bütün bu qanunsuz əməllər və biganə münasibət Azərbaycan tərəfinin haqlı olaraq daha ciddi tədbirlər görməsini zəruri etdi.

Belə ki, 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa oldu. Beləliklə, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Bu proses kənardan heç də sadə və bəsit görünməməlidir. Bütün görülən bu işlərin təməlində vətən sevgisi ilə yoğrulmuş böyük zəhmət, iradə, cəsarətli və dərin düşünülmüş diplomatik addımlar dayanır.

Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin yaradılması suveren hüquqlarımızın qorunması, təhlükəsizliyimizin təmini istiqamətində atılan mühüm, tarixi addımlardan biridir. Bu addım dövlətimizin təhlükəsizlik məsələsində kimsəyə güzəştə getmədiyini, öz suveren hüquqlarının tam şəkildə bərpası üçün sona qədər iradə sərgiləməyə qadir olduğunu göstərdi. Başlıcası, rəsmi Bakı Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsi yaratmaqla sübut etdi ki, Azərbaycan sadəcə öz təhlükəsizliyni deyil, həm də regional təhlükəsizliyi təkbaşına təmin etməyə qadirdir və bunun üçün kifayət qədər gücü var.
Malik İsaqov: Plan baş tutmadı

Beləliklə, BMT Nizamnaməsinin 51-ci maddəsinə müavfiq olaraq Laçında sərhəd buraxılış məntəqəsini yaradılması ilə Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etmək hüququna malik olmasını bütün dünyaya göstərdi.

Əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi bu gün də qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir.

Oxşar xəbərlər