Ölkəmiz tarix baxımından qısa müd¬dət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub

Ölkəmiz tarix baxımından qısa müd¬dət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və  aparıcı iştirakçısı olub
Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəf¬li əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövlət¬imizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticə¬sində nail olunub.
Bu il oktyabrın 4-5-də İranın Ərdəbil şəhərində İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin 5-ci iclasında səsvermə nə¬ticəsində Şuşa şəhəri təşkilatın 2026-ci il üçün turizm paytaxtı seçilib.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il noyabrın 8-i Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin erməni işğalından azad edildiyini bəyan edərək, Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsini verib. Şuşanın işğaldan azad edilməsi Azərbaycanın siyasi, hərbi və mənəvi qələbəsini tamamladı.
Şuşa şəhəri 8 noyabr 2020 –ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin və mübariz Azərbaycan xalqının qətiyyəti sayəsində qəhrəman ordumuz tərəfindən erməni vandallarının işğalından azad edilərək Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.
Ölkəmiz tarix baxımından qısa müd¬dət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, 30 il düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək bu coğrafiyada genişmiqyaslı bərpa-qu¬ruculuq layihələrinin icrasına başlayıb. Azərbaycanın dünya birliyinə inteqrasi¬yasının gücləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və re¬gional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin hazırlayıb.
İƏT bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan bər¬pa və yenidənqurma işlərini də diqqətdə saxlayır və bu torpaqlarda “yaşıl enerji” və azad iqtisadi zonaların yaradılması, sənayenin inkişafı istiqamətlərində hə¬yata keçirilən layihələrin iştirakçıları sıra¬sına tezliklə qoşulacağını da bəyan edir.

Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
kitabxana müdiri Nübar Əliyeva

Oxşar xəbərlər