Araik Arutyunyan deyir ki, Ermənistan Qranadada ciddi qələbə qazandı... - KİV

Araik Arutyunyan deyir ki, Ermənistan Qranadada ciddi qələbə qazandı... - KİV Ermənistan Qranadada istədiyinə nail oldu.

Moderator.az xəbər verir ki, News.azm-ın yaydığı məlumata görə, bu barədə Ermənistan baş naziri aparatının rəhbəri Arayik Arutyunyan öz “Facebook” səhifəsində yazıb.

“Ermənistan Qranadada ciddi qələbə qazanaraq istədiyinə nail oldu. Anklavlar mövzusu müzakirə olunmadı, dəhliz mövzusu bağlandı. Qorxmayın”, – deyə A.Arutyunyan bildirib.

Arayik Arutyunyana xatırladırıq ki, dünən – oktyabrın 5-də Qranadada Nikol Paşinyan Azərbaycanın ərazisini keçmiş Dağlıq Qarabağ ərazisi də daxil olmaqla 86,6 min kvadratmetr kimi tanıyan bəyannamə imzalayıb... Qarabağdan qandallanaraq Bakıya gətirilmiş adaşı da DTX-nın zirzəmisində maraqlı ifadələr verir...

Oxşar xəbərlər