Bakıda tanınmış bloger qəzaya düşdü, qolu amputasiya edildi – VİDEO

Bakıda tanınmış bloger qəzaya düşdü, qolu amputasiya edildi – VİDEO 01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.

Hazırda onlara zəruri tibbi xidmət göstərilir.

Qəza nəticəsində 1 həkimə qədər ölüm qeydə alınıb.

***

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən "Porsche" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yük maşınına çırpıb. Minik avtomobili yararsız vəziyyətə düşüb.

İlkin məlumata görə, minik avtomobilini "Nikosayağı" kimi tanınan bloger Nicat Şakirli idarə edib. O və avtomobildə olan digər sərnişin ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Oxşar xəbərlər