İrəvan Moskva arasında gərginlik

İrəvan Moskva arasında gərginlik İrəvanla Moskva arasında gərginlik getdikcə daha da dərinləşməkdədir. Ermənistan-Rusiya münasibətlərinin daha da kəskinləşməməsi və yaranmış böhranlı durumdan çıxmaq üçün tərəflər müəyyən addımlar atmaq qərarına gəliblər.

erməni mediası xəbər verir ki, tərəflər gərginliyin aradan qaldırılması üçün ilk olaraq səfirləri dəyişdirməyi qərara alıblar.

Moskva onsuz da xeyli vaxtdır, Ermənistanın Rusiyadakı səfirindən ciddi narazılığı olub. Odur ki Moskva Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanın əvəzlənməsi məsələsi uzun müddətdir İrəvanla müzakirə edirdi. Lakin İrəvanın onu əvəzləyəcək yeni namizədin tapılmasında problemi var idi. Nikol Paşinyanın etimadını qazanacaq və Rusiya hakimiyyəti tərəfindən məqbul sayılacaq namizəd yox idi.

Erməni nəşrin yazdığına görə, bir sıra namizədlər müzakirə olunub. Paşinyan parlamentin deputatı Qurgen Arsenyanın üzərində dayanıb. Rusiya tərəfdən isə yeni səfir postuna namizəd Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli məmurudur.

Lakin bir çox ekspertlər hesab edir ki, səfirlərin dəyişdirilməsi də, İrəvan-Moskva arasındakı mövcud problemi həll etməyəcək. Çünki tərəflər arasında yaranan uçurum və gərginlik o qədər dərinləşib ki, bunu diplomatlar səviyyəsində həll etmək qeyri-mümkündür.

Oxşar xəbərlər