Yevlaxda Qarabağ erməniləri ilə görüş olacaq?

Yevlaxda Qarabağ erməniləri ilə görüş olacaq? Azərbaycan və Qarabağ erməni icması nümayəndələri arasında Bratislavada görüş planlaşdırılsa da, həmin görüş alınmayıb.

Bu barədə Xankəndidəki irredentist qüvvələrin nümayəndəsi, qondarma “anti-böhran rəsmisi” Tiqran Petrosyan yazıb.

“ABŞ və Avropa indi üçüncü ölkədə Azərbaycan və Qarabağın erməni icmasının nümayəndələri arasında görüş təşkil etməyə çalışırlar”, - Petrosyan qeyd edib.

Onun sözlərinə görə, ilkin razılaşmaya əsasən, avqustun 1-də Sofiyada ictimai təşkilatların nümayəndələri arasında görüş keçirilməli idi.

O qeyd edib ki, Rusiya bundan xəbər tutub və müəyyən addımlar atıb.

“Sonra format dəyişdi. Görüş Bratislavada keçirilməli idi, lakin ötən gün Bakı heç bir səbəb göstərmədən görüşdən imtina etdi. Sabah və ya o biri gün Qərb ölkələrinin nümayəndələri gələcək, müəyyən müzakirələr aparılacaq və onlar başa çatdıqdan sonra nəticələri təqdim edəcəyəm. Moskva bizə Yevlaxda görüş təklif edir”, - o vurğulayıb.

O əlavə edib ki, Qarabağda vəziyyət son dərəcə ağırdır.

Oxşar xəbərlər