
Tramp bu görüşün baş tutmayacağını istisna etməyib.
“İstisna deyil ki, mən sadəcə görüşü tərk edərəm. İstisna deyil ki, bu görüş baş tutmayacaq. Kim bilir?”, - deyə Tramp “Fox” kanalına müsahibəsində qeyd edib.
ABŞ lideri qeyd edib ki, Şimali Koreya tərəfi bu görüşü çox istəyir:
“Mayk Pompeo orada olub. O, Kim Çen İnlə görüşməli deyildi amma görüşüb. Onlar Kim orda olanda görüş təşkil ediblər. Onların görüşü bir saatdan çox davam edib. Bu gözəl görüş olub”.