ABŞ-dən Suriya və İraqa hərbi dəstək

ABŞ-dən Suriya və İraqa hərbi dəstək Terror təşkilatı YPG ilə iş görən ABŞ İraq və Suriyaya hərbi texnika göndərəcək.

“Haber7com” xəbər verir ki, PKK-nin də yerləşdirildiyi bölgələr də daxil olmaqla, ümumilikdə 2500 əsgər yerləşdiriləcək.

Belə ki, iyulun 14-də 10-cu Dağ Diviziyasının 2-ci Briqada Döyüş Komandasında xidmət edən əsgərlər üçün mərasim keçirilib.

Komandanın təliminə cavabdeh olan polkovnik Metyu Braman qeyd edib ki, onun qoşunları Suriyada yerləşdirilən Birgə Müştərək İşgüzar Qüvvəyə (CJTF) daxil ediləcək.

Xəbərdə iyulun sonunda bölgəyə 2500 əsgərin təhvil veriləcəyi və ən azı 9 ay xidmət edəcəyi qeyd edilib.

ABŞ CJTF vasitəsilə qeyri-rəsmi olaraq PKK-nin Suriya qolu olan YPG/PYD-nin bölgədəki təhlükəsizliyini təmin edir.

İŞİD-lə mübarizə məqsədilə yaradılan CJTF tərkibində ABŞ qüvvələri YPG dəstələri ilə təlimlər keçirir və hərbi texnika və sursat verərək terror təşkilatına dəstək verir.

Ötən günlərdə ABŞ Rusiya və İranın fəaliyyətini bəhanə edərək bölgəyə F-16 donanmasını yerləşdirəcəyini bildirib.

Donanmanın Suriyaya göndəriləcəyi proqnozlaşdırılsa da, onun yerləşdiriləcəyi yer hələ açıqlanmayıb.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək rütbəli rəsmisi AP-yə bildirib ki, ABŞ bölgəni möhkəmləndirməyə davam edəcək və bölgədə çəkindirmə qabiliyyətini artırmaq üçün hərbi variantları nəzərdən keçirəcək.

Xatırladaq ki, ötən həftə keçirilən NATO Zirvə toplantısında ittifaq tarixində ilk dəfə olaraq terrorla mübarizə koordinatorluğunun qurulacağı açıqlanıb. Terrorla mübarizədə Türkiyəyə hərtərəfli dəstək vermək öhdəliyi götürülüb.

Zirvədə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bəzi müttəfiqlərimizin, xüsusilə PKK-nin Suriya uzantısı PYD/YPG ilə olan əyri əlaqələr ittifaqın birlik və bütövlüyünə xələl gətirir” sözləri ilə ABŞ-ni tənqid edib.

“Biz müttəfiqlərimizdən terrora qarşı aydın mövqe gözləyirik”.

Bir həftə ərzində ABŞ-nin PKK-ya dəstək üçün bölgədə toplaşması Vaşinqtonun terrora dəstəyini bir daha ortaya qoydu.

Oxşar xəbərlər