Respublikanın bütün şəhər və rayonlarında polis şöbələri üçün müasir inzibati binalar tikilmiş və bu proses davam edir

Respublikanın bütün şəhər və rayonlarında polis şöbələri üçün müasir inzibati binalar tikilmiş və bu proses davam edir
Sovetlər birliyinin mövcud olduğu 70 illik müddət ərzində problemlərə və çatışmazlıqlara baxmayaraq, Azərbaycan polisinin inkişafı istiqamətində mühüm irəliləyişlərə nail olundu. Azərbaycanda Sovet hakimiyyəti 1991-ci ilə qədər davam etdi. 18 oktyabr 1991-ci ildə Azərbaycan SSR-in Ali Soveti “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edərək, Azərbaycan Respublikasının müstəqilliyini bütün dünyaya bəyan etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunana qədər Sovetlər birliyində yaşamağa məhkum olan Azərbaycan və xüsusilə də Azərbaycan polisi olduqca çətin və şərəfli bir yol keçmişdir. Əlbəttə ki, 1988-1991-ci illərdə Ermənistanın Azərbaycana təcavüzü baş verən zaman Azərbaycan polisinin göstərdiyi qəhrəmanlıq nümunələri ayrıca tədqiqatın mövzusudur.
Müstəqillik illərində həm ulu öndər Heydər Əliyev, həm də Azərbaycan Prezidenti İlham Əliyev polisin fəaliyyətinin daha da canlandırılması üçün bütün lazımi fərman və sərəncamları imzalamış və müvafiq tədbirlər görmüşlər. İndi demək olar ki, respublikanın bütün şəhər və rayonlarında polis şöbələri üçün müasir inzibati binalar tikilmiş və bu proses davam edir.
Xidməti vəzifəsini şərəflə yerinə yetirən polis işçiləri dövlətimizin ali orden və medalları ilə təltif edilmiş, fəxri adlara layiq görülmüşlər. Biz Azərbaycanın Milli Qəhrəmanı olan polisləri ilə fəxr edirik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev polis orqanlarının fəaliyyətinə yüksək qiymət verərək qeyd etmişdir ki, “Azərbaycan polisi çox mühüm funksiyanı icra edir. Hər bir müstəqil dövlət üçün onun daxili işlər orqanları xüsusi əhəmiyyətə malikdir. Azərbaycanda ictimai–siyasi sabitliyin, asayişin qorunmasında polisin rolu çox yüksəkdir”.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Cəmilə Əhmədova


Oxşar xəbərlər