Natiq Talıbov: Prezident İlham Əliyevin təşəbbüsü ilə bütün sahələr üzrə ölkəmizdə çox sayda möhtəşəm layihələr həyata keçiriləcək

Natiq Talıbov: Prezident İlham Əliyevin təşəbbüsü ilə bütün sahələr üzrə ölkəmizdə çox sayda möhtəşəm layihələr həyata keçiriləcək Sumqayıt Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Natiq Talıbov - Müstəqil müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən əsas amalını doğma torpaqlarımızın-Qarabağın işğaldan azad olunması kimi elan etmişdi. Bəli, təsadüfi deyil ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də dəfələrlə bildirib ki, qüdrətli sələfinin ona ən önəmli vəsiyyəti məhz Qarabağın işğalına son qoyulması məsələsi olub. 1988-ci illərin sonu 90-cı illərin başlanığıcı ölkəmizdəki vəziyyət son dərəcədə gərgin və acınacaqlı idi. Torpaqlarımız işğala məruz qalmış, vətəndaşlarımız isə qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Xaqımızın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmiz böyük inkişaf yoluna qədəm qoydu. Bu inkişaf sahələrindən biri də məhz 1993-cü ilin sonlarından başlayan ordu quruculuğu siyasətinin uğurla həyata keçirilməsidir. Ordu quruculuğu siyasəti 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən daha müasir və sürətli mərhələyə qədəm qoydu. Xüsusilə qeyd etmək lazımdır ki, 2013-cü ildən Ali Baş Komandanın rəhbərliyi altında keçirilən hərbi islahatların yeni mərhələsi isə Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına çıxardı. Məhz bu uğurlu addımların nəticəsi idi ki, Azərbaycan Ordusu cənab Ali Baş Komandanın ali rəhbərliyi ilə Ermənistan ordusunun terror-təxribat aktına cavab olaraq, 2016-cı il Aprel döyüşlərində, 2018-ci il Günnut əməliyyatında, 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində gedən döyüşlərdə və nəhayət 2020-ci il 27 sentyabr tarixində başlayan haqq savaşımızda-Vətən müharibəsində düşmənə ən layiqli cavab verməklə, düşməni döyüş meydanında darmadağın etdi. Bütün bunlar əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilən bənzərsiz ordu quruculuğu siyasətinin bariz nümunəsidir. Bu gün Ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin nümunəvi təşkili, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.

Bildiyimiz kimi, cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Prezident İlham Əliyev tədbirdə səmimi və tarixi məzmunlu çıxışı ilə bir daha bəyan etdi ki, Azərbaycan Ordusu qüdrətli və sarsılmazdır.

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Təbii ki, işğal dövründə ordu quruculuğu bizim üçün bir nömrəli vəzifə idi və Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır. İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur.

Bəli, bu ifadələr xüsusi məna daşıyır və onu deməyə əsas verir ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilib, biz öz doğma dədə-baba torpaqlarımızda əbədi olaraq yaşayacağıq. Qədirbilən xalqımız yaxşı bilir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hələ bundan sonra bütün sahələr üzrə ölkəmizdə çox sayda möhtəşəm layihələr həyata keçiriləcək və nəhəng inkişaf proqramları yerinə yetiriləcəkdir.

SDU-da elmi-praktik seminar keçirildi
Natiq Talıbov: Prezident İlham Əliyevin təşəbbüsü ilə bütün sahələr üzrə ölkəmizdə çox sayda möhtəşəm layihələr həyata keçiriləcək

İyulun 3-də Sumqayıt Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Müasir Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin aktual problemləri və onların həllində iqtisadçı alimlərin rolu” mövzusunda elmi-praktik seminar keçirildi.
Elmi-praktik seminarda Azərbaycan İqtisadçılar İttifaqının sədri akademik, Milli Məclisin deputatı Ziyad Səmədzadə, Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Vüqar Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Əməkdar müəllim Məhiş Əhmədov və universitetin professor-müəllim heyəti iştirak edirdi.
Elmi-praktik seminarı SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq, Universitetin rektoru professor Elxan Hüseynovun adından qonaqları salamladı və onları Universitetdə görməkdən məmnunluğunu ifadə etdi.
Elmi-praktik seminarın əhəmiyyətindən bəhs edən prorektor bildirdi ki, möhtərəm Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam İmzalayıb. Bu məqsədlə SDU-da silsilə tədbirlər keçirilir. İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə keçirilən bu seminar Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin misilsiz xidmətlərini önə çıxarır.
Professor Ramazan Məmmədov onu da qeyd etdi ki, bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Azərbaycanı hərtərəfli tərəqqi yоluna çıxaran Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir. İctimai-siyasi sabitlik, güclü iqtisadiyyat, möhkəm sоsial təsisatlar, qüdrətli оrdu, regiоnda lider mövqe, beynəlxalq aləmdə nüfuz – bütün bunlar günümüzün reallığıdır.
Prorektor onu da vurğuladı ki, üç il bundan öncə qazandığımız Zəfər Cənubi Qafqazın və bütövlükdə region ölkələrinin gələcək inkişafı üçün də yeni imkanlar açmışdır. Dayanıqlı sülh və sabitliyin təmin edilməsi bölgə ölkələri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi üçün yeni fürsətlər yaratmaqla yanaşı, bütövlükdə bölgənin dünya iqtisadiyyatına inteqrasiyasının da sürətlənməsinə imkanlar yaradır.
Akademik Ziyad Səmədzadə “Müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin yaradılmasında Heydər Əliyevin misilsiz rolu və müasir dövrdə bu istiqamətdə iqtisadçı-alimlərin strateji vəzifələri” mövzusunda geniş məruzə etdi. Bildirdi ki, Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsi, əhalinin rifah halının yaxşılaşdırılmasının əsas şərtlərindən biri respublikanın iqtisadi potensialıdır. Vaxtilə Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında iqtisadi sahədə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Akademik onu da qeyd etdi ki, Ulu Öndərin hakimiyyətə gəldiyi birinci dönəmdə − ötən əsrin 70-ci illərinə kimi, Azərbaycan, əsasən, aqrar ölkə statusu daşıyırdı. Respublikamızda istehsal olunan milli məhsulun böyük bir hissəsi aqrar bölmənin payına düşürdü. Ulu Öndərimizin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və ardıcıl işlər nəticəsində Azərbaycan aqrar ölkədən sənaye respublikasına çevrildi. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi siyasət strategiyası bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, respublikamızın dünya miqyasında nüfuzu daha da artmışdır. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar, xalqla birbaşa ünsiyyətdə оlması, Ümummilli Liderimiz tərəfindən başlanılmış işlərin məntiqi davamıdır. Bu gün dövrün tələblərinə uyğun оlaraq, iqtisadi islahatların kоmpleks və əlaqəli şəkildə aparılması, prоqnоzlar əsasında fоrmalaşdırılmış dövlət prоqramlarının, yerli, regiоnal və beynəlxalq investisiya layihələrinin həyata keçirilməsi və dünya iqtisadiyyatına inteqrasiya ilə əldə edilmişdir. Bütün bunların məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və mövqeyi ilbəil artmaqdadır.
Milli Məclisin deputatı Vüqar Bayramov “Azərbaycanın iqtisadi inkişaf hədəflərinin əsaslandırılmasında elmi-iqtisadi araşdırmaların rolu” mövzusunda məruzə ilə çıxış edərək bildirdi ki, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmasında və ayrı-ayrı dövlətlərlə əlaqələrinin qurulmasında və inkişafında beynəlxalq münasibətlər olduqca vacib rol oynayır. Bu mənada ölkəmizin yürütdüyü xarici siyasət kursu beynəlxalq təşkilatlara münasibətdə pozitiv məcraya yönəlib. Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatlarda Azərbaycana olan rəğbət göz qabağındadır.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Əməkdar müəllim Məhiş Əhmədov “Azərbaycanda iqtisad elmində fundamental tədqiqatların təşkili və səmərəli aparılmasının müasir problemləri ”, SDU-nun Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru Şəfa Əliyev “Sosial-iqtisadi inkişafın aktual problemlərinin həlli yollarının müəyyənləşdirilməsində konseptual elmi-iqtisadi yanaşmaların formalaşdırılması prioritetləri” mövzularında məruzə etdilər. Vurğuladılar ki, Azərbaycan iqtisadiyyatda dayanıqlı inkişaf modelini tərənnüm edən ölkələr sırasındadır. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.
Seminarın sonunda akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyinin Sumqayıt Dövlət Universitetinin iqtisadçı-tədqiqatçı alimlərinə təqdimatı oldu.

Oxşar xəbərlər