Lirə 6 qəpiyə düşdü - YENİ REKORD

Lirə 6 qəpiyə düşdü - YENİ REKORD Türkiyə lirəsi Azərbaycan manatı qarşısında rekord həddə ucuzlaşıb.

TRY/AZN nisbəti ötən günlə müqayisədə 6,8% azalaraq 0,0672 manata enib.

İyun ayının əvvəli ilə müqayisədə lirə manat qarşısında 17,95% dəyər itirib.

Türkiyə lirəsinin ucuzlaşmasına səbəb dünən Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini gözləntilərdən daha az - 6,5% bəndi artıraraq 15%-ə yüksəltməsi olub.

Lirə dollar qarşısında da tarixi minimumunu yeniləyib və dünən gecə saatlarında 25,4804 səviyyəsinə yüksəlib. Avro isə 27,8835 lirəyə çatıb.

Oxşar xəbərlər