Kərim Tahirov: Tanıyaq və tanıtdıraq

Kərim Tahirov: Tanıyaq və tanıtdıraq Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunur

Kərim Tahirov: Tanıyaq və tanıtdıraq


Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Fransa Milli Kitabxanasının ev sahibliyi etdiyi 37-ci CENL illik iclasında iştirak edir. CENL Avropanın 45 ölkəsindən milli kitabxanaların üzv olduğu bir kitabxana təşkilatıdır. Hər il fərqli bir ölkədə keçirilən iclasa bu il Fransa ev sahibliyi edir.

Konfransı CENL sədri Frank Scholze açaraq tədbirin yüksək səviyyədə təşkil edilməsində əməyi keçən bütün heyətə öz təşəkkürünü bildirib. Ardınca Fransa Milli Kitabxanasının direktoru Laurence Engel bütün iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb.

Daha sonra 2022-ci ildə Türkiyənin paytaxtı Ankarada keçirilən 36-cı CENL illik iclasının protokolu və CENL illik hesabatı müzakirə edilib. Ardınca CENL maliyyə hesabatı və növbəti il üçün CENL büdcəsi müzakirə edilib, səsverməyə qoyulub və yekdilliklə qəbul olunub.

İclasın davamı olaraq İFLA ENSULİB-in sədri Harri Sahavirta kitabxana çərçivəsində davamlılıq meylləri haqqında çıxış edib.

Sonra CENL üzvlərindən Fransa, Azərbaycan, Portuqaliya, Ukrayna, Moldova, Latviya Milli Kitabxanalarının rəhbərləri davamlılıq aspektləri haqqında təqdimat ediblər.

Professor Kərim Tahirov təqdimatla çıxış edərək qeyd edib ki, Azərbaycan Milli Kitabxanasında istifadəçilərə xidmət prosesində ən yeni texniki həllərin, metod və üsulların tətbiqi istiqamətində son illər ərzində çox böyük işlər görülüb, mühüm nailiyyətlər qazanılıb. Direktor vurğulayıb ki, elektronlaşdırma prosesinin vacib istiqamətlərindən biri istifadəçilərə sənədlərin, informasiyanın elektron formatda təqdim edilməsidir. Kərim Tahirov dünyanı cənginə alan Koronavirus pandemiyası şəraitində Azərbaycan Milli Kitabxanasının bir dəqiqə də olsun öz fəaliyyətini dayandırmadığını, ölkəmizdə və dünyada evlərində qapanıb qalmaq məcburiyyətinə düçar olan oxuculara – tədqiqatçılara, bütün istifadəçilərə fasiləsiz onlayn xidmət göstərdiyini söyləyib. Direktor 2020-2021-ci illərdə Milli Kitabxananın “Sənədlərin sifarişi və elektron çatdırılması” onlayn xidməti vasitəsilə istifadəçilərə 246 098 resurs göndərildiyini, həmin illərdə Milli Kitabxananın virtual oxucularının sayının 7 500 523 nəfər olduğunu qeyd edib. Pandemiya şəraitində Milli Kitabxanada tammətnli elektron resursların yaradılması işi də qənaətbəxş olub. Yaranan maneələrə baxmayaraq Milli Kitabxanada robot skanerlər, portativ skanerlər vasitəsi ilə 88 048 tammətnli (kitab, dissertasiya, dövri mətbuat olmaqla) elektron resurs yaradılıb. Pandemiya təhlükəsi Milli Kitabxanamızın son illərdə həyata keçirilən avtomatlaşdırma və elektronlaşdırma tədbirləri sayəsində uğurlarının nəticələrini ortaya qoydu.

Ditrektor kitabxanada virtual yolla istifadəçilərin ixtiyarına verilən digər zəngin sənəd-resurs kompleksləri – Elektron məlumat bazaları, virtual sərgilər, musiqi kitabxanası, audiokitablar barədə də təqdimat edib.

Azərbaycan Milli Kitabxanasının fəaliyyəti CENL üzvləri tərəfindən yüksək qiymətləndirilib.

Sonda konfrans iştirakçıları xatirə fotosu çəkdirib.

Konfrans öz işini 20 iyun tarixində davam edəcək.

Konfransa növbəti il Polşa Milli Kitabxanası ev sahibliyi edəcək.

Kərim Tahirov: Tanıyaq və tanıtdıraq



Azərbaycan Milli Kitabxanasının təmsil olunduğu CENL-in növbəti illik toplantısı başa çatıb
Kərim Tahirov: Tanıyaq və tanıtdıraq

Fransa Milli Kitabxanasının ev sahibliyi etdiyi 37-ci CENL illik iclası öz işini 20 iyun tarixində davam etdirib. İclasda 2022 EKN Qrant Sahiblərinin Hesabatı dinlənilib. Tədbirin davamında Litva Milli Kitabxanasının direktoru Renaldas Qudauskas “Erkən Oxu Forumu”, Bolqarıstan Milli Kitabxanasının şöbə müdiri “Milli kitabxanalar məlumat infrastrukturları kimi”, İspaniya Milli Kitabxanasından Jose Luis Bueren Gomez-Asebo “İspaniyada Yeni Qanuni Depozit Qanunu” mövzusunda çıxış edib.

İclasda həmçinin, Sally Chambers, Clarin Dariah CENL Dialoq Forumunun ideyasından danışmış və təqdimat göstəriblər.

Daha sonra Milli Kitabxanalar və davamlılıq, fövqəladə halların planlaşdırılması, qoruma və rəqəmsallaşdırma, istifadəçi xidmətləri haqqında danışılıb, iclas müzakirələrlə davam edib.

Azərbaycan Milli Kitabxanasının direktoru Fransa Milli Kitabxanasının fondu üçün apardığı “Salam Azərbaycan”, “E.Bertels. The Great Azerbaijan Poet Nizami”, “Azərbaycan xəritəsi”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında”, “Ç.Qacar. Old Baku” adlı kitabları kitabxananın prezidenti Laurence Engelə təqdim edib.

Fransa Milli Kitabxanasının ev sahibliyi etdiyi 37-ci CENL illik iclası yekunlaşıb, sonda xatirə şəkli çəkilib.

Kərim Tahirov: Tanıyaq və tanıtdıraq


M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Ümummilli Lider Heydər Əliyev bu çağırışı etmişdir ki, müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Biz azərbaycançılığı- Azərbaycanın dilini, mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməliyik. Məhz bu çağırışdan irəli gələrək Ulu Öndər bildirmişdir ki, biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.

Ümummilli Lider Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizə, ədəbiyyatımıza, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır.

Dahi şəxsiyyət dünya təcrübəsinə istinadən bildirirdi ki, yubileylərin keçirilməsi bir tərəfdən yubilyarın xalq, ölkə, dünya qarşısında xidmətlərini bir daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən müasir nəslin ona bəslədiyi hörmət və ehtiramı bildirmək deməkdir. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi, dahi şair və mütəfəkkirin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq anadan olmasının 880 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfə oldu. Nizami yaradıcılığı xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir. Onun geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoydu. Bu mühüm məqamı da xüsusi qeyd edək ki, Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.

Qısa təhlil əsasında bu ümumiləşdirməni apara bilərik ki, daim tariximizi, ədəbiyyatımızı, milli-mənəvi dəyərlərimizi təbliğ etməli, gələcək nəsillərə çatdırmalıyıq. Ulu Öndər Heydər Əliyevin bu çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur: "Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın".

Oxşar xəbərlər