Bakıda məktəbin həyətində kütləvi dava: İki nəfər bıçaqlandı

Bakıda məktəbin həyətində kütləvi dava: İki nəfər bıçaqlandı Bakının Nərimanov rayonunda kütləvi dava düşüb.

APA xəbər verir ki, hadisə 34 nömrəli orta məktəbin həyətində baş verib.

2002-ci il təvəllüdlü İsrəfilov Röyal Abas oğlu və 2006-ci il təvəllüdlü Turabov Zeynal Məmmədəli oğlu dava zamanı bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər