Mirzoyan: Ankara-İrəvan münasibətlərinin normallaşdırılmasında ilkin şərt...

Mirzoyan: Ankara-İrəvan münasibətlərinin normallaşdırılmasında ilkin şərt... Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Ermənistan-Türkiyə nizamlanması üçün heç bir ilkin şərt irəli sürməyib.

“Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər iki tərəf heç bir ilkin şərt olmadığını dəfələrlə bəyan edib.

“Məqsədimiz münasibətlərin yekun tənzimlənməsidir”, - Mirzoyan qeyd edib.

O əlavə edib ki, bu məsələ ilə bağlı bir sıra yüksək vəzifəli şəxslər tərəfindən dəfələrlə fikir və mülahizələr səsləndirilib.

Mirzoyan onu da bildirib ki, münasibətlərin normallaşdırılması prosesində "erməni soyqırımı" faktının tanınması və pislənməsi məsələsi də gündəmdə deyil.

Oxşar xəbərlər