
Məlumat üçün bildiririk ki, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun və “Daşkəsən Dəmir Filiz” MMC-nin Baş direktoru Oqtay Məmmədov iştirakı ilə 2021-ci ilin 18 sentyabr tarixində həyata keçirilmiş Beynəlxalq Sahilyanı Təmizlik Gününə həsr edilən aksiya çərçivəsində “AzerGold” QSC-nin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xoşbulaq su anbarının ətrafını müxtəlif məişət tullantılarından təmizləmiş və su hövzəsinin “Daşkəsən Dəmir Filiz” MMC-yə aid olması barədə məlumatlandırıcı lövhələr yerləşdirmişdir.
Birmənalı olaraq təkzib edərək bildiririk ki, “AzadSoz” Youtube kanalında yayımlanmış sözügedən video-süjetdə səsləndirilən icra başçısı Əhəd Abıyevin şəxsi gölünün olması barədə fikirlər tamamilə əsassız yalandır və dövlət balansında olmaqla mühafizə edilən həmin gölün – Xoşbulaq su anbarının Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısına və ya hər hansı bir şəxsə heç bir aidiyyəti yoxdur. Göldə balıq saxlanılması da yalandır.
“AzadSoz” olaraq yuxarıda göstərilənləri nəzərə almaqla təkzib verəsiniz.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini,
“Daşkəsən” qəzetinin baş redaktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü