
İqtisadçının dediyinə görə, Azərbaycana ən müxtəlif ölkələrdən təzə meyvə məhsulları idxal olunur: “Bu məhsullar arasında sitrus, tropik meyvələrlə yanaşı, Azərbaycanın iqlim şəraitində yetişən meyvələr də var. Sitrus və tropik meyvələrin idxalı başadüşüləndir. Çünki ölkəmizin iqlim şəraiti həmin məhsulları yetişdirməyə imkan vermir”.
İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, tropik meyvələrin 15 faizlik gömrük rüsumundan azad edilməsi qiymətlərə müsbət təsir edəcək: "Məntiqlə rüsumdan azad olunan bütün məhsulların qiyməti ucuzlaşmalıdır. Tropik meyvələrin 15 faizlik gömrük rüsumundan azad edilməsi müəyyən dərəcədə qiymətlərə təsir edəcək. Hətta, qiymətlərdə endirimlər ola bilər. Tropik meyvələr gündəlik tələbat məhsulları olmadığına görə, bu qərar vətəndaşın büdcəsinə əhəmiyyətli təsir göstərməyəcək. Çünki bunlar Azərbaycanın rasionunda az yer tutan məhsullardır".